Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1008/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, şikayətçi – X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-i tərəfindən qəbul edilmiş 09 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin rəisi X4 tərəfindən qəbul edilmiş 09 fevral 2024cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib etdilmiş İXP seriyalı ******* saylı protokola əsasən həmin idarənin rəisi xx.xx.2024-cü il tarixdə qərar qəbul edərək onu “LEXUS RX300” minik markalı **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastasini idarə edərkən AR İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə təqsirli bilmiş və barəsində 400 (dörd üz) manat məbləğində cərimə təyin edilmişdir. Qeyd edi ki, həqiqətən də, idarə etdiyi nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 09:05-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ərazisindən Bakı Dövlət Universiteti istiqamətinə doğru hərəkətdə olarkən Bakı şəhəri Yasamal Rayon DYPİ Yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış və barəsində İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsi onunla izah edilmişdir ki, o, avtomobili sərxoş halda idarə etmiş, həmçinin idarə etdiyi avtomobildə hər hansı qadağan edilmiş işıq cihazlari və səs siqnalları quraşdırılmışdır. Halbuki ona məxsus avtomobildə hər hansı qadağan edilmiş işıq cihazları və səs siqnalları quraşdırılmamışdır. Buna görə də yol patrul inspektoru onun barəsində haqsız olaraq İXM-nin 329.3-cü maddəsi ilə protokol tərtib etmişdir. Hesab edir ki, əgər hər hansı işıq cihazları və ya səs siqnalları quraşdırmış olsaydı o, İXM-nin 342.9cu maddəsinə əsasən təqsirli bilinərək həmin avadanlıqlar müsadirə edilməklə cərimə edilməli idi. Göründüyü kimi Yol Patrul Xidmətinin inspektoru öz xidməti vəzifəsindən suiistifadə edərək onu İXM-nin 329.3-cü maddəsinə əsasən cərimə etmişdir. Bundan başqa Yol Patrul Xidmətinin inspektoru onu İXM-nin 333.1-ci maddəsinə əsasən cərimə edərək guya onun sərxoş olduğunu bildirmiş və həkim müayinəsindən keçmədən qanunsuz və əsassız onu cərimə etmişdir. Həmin protokola əsasən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. O, dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə gedərək, Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçərək alkoqol qəbul etmədiyi barədə 2/2689-saylı xx.xx.2024-cü il tarixli müayinə protokol tərtib edilmişdir. Göründüyü kimi, yol patrul xidmətinin inspektoru ona alkoqoldan istifadə etmədiyi halda qanunsuz protokol tərtib etmiş və protokol üzrə isə Yasamal rayon DYPŞ-nin rəisi X4 tərəfindən əsassız qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslı olmadığına görə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞnə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Yasamal rayonu RPİ-nin DYPŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş 09 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək X1 barəsində İXM-nin 333.1-ci və 329.3-cü maddələri başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 333.1-ci ilə olan hissədə xitam verilməli, İXM-nin 329.3-cü maddəsi ilə olan hissədə isə əlavə araşdırma aparılması üçün səlahiyyətli orqana, yəni Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin rəisi, polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 09 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü S.A.İsmayılov 15 yanvar 2024-cü il tarixdə, saat 09:05-də idarə etdiyi “LEXUS RX300” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu ərazisində işıq cihazlarından istifadə qaydalarına pozmağa görə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə tərəfindən qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə sübutların təqdim edilməsi təklif edilmişdir, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəmə protokol və toplanmış materialın ksero surətləri Yasamal RPİ-nin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuşdur. Daxil olmuş material hər biri bir vərəq olmaqla, qərar, protokol, alkotester müayinə vərəqəsi və nəqliyyat vasitəsinin dayanacağa yerləşdirilməsi barədə aktdan ibarətdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan müəyyən edilir ki, S.A.İsmayılov 15 yanvar 2024-cü il tarixdə 09:05 radələrində “LEXUS RX300” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal RPİ DYPŞ-nin YPX tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəməyə DYPŞ tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli əqliyyat vasitəsinin dayanacağa yerləşdirilməsi barədə aktdan görünür ki, S.A.İsmayılovun idarə etdiyi “LEXUS RX300” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin tarixdə saat 09:04-də duracağa yerləşdirilmişdir. Məhkəməyə DYPŞ tərəfindən təqdim edilmiş alkotester vərəqəsinin surətindən görünür ki, S.A.İsmayılov 15 yanvar 2024-cü il tarixdə 07:08-də YPX-nin əməkdaşına təhkim edilmiş cihaz vasitəsilə sərxoşluq vəziyyəti yoxlanılmışdır. Lakin o, tibbi müayinədən keçirilməmişdir. Lakin şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş 15 yanvar 2024-cü il tarixli 2/2689 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən edilir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 11:35-də müayinədən keçmiş, müayinə zamanı onun alkolqollu içki qəbul etmədiyi, ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinin məzmununa işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görəotuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin məzmununa Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Lakin hazırki iş materialarından müəyyən edilir ki, alkotester vasitəsilə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olmasına baxmayaraq qanunvericiliyin imperativ tələbinə əməl edilməmiş, yəni hal şahidlərinin iştirakları təmin edilməmişdir. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdi tibbi müayinə aktından müəyyən edilir ki, o, həmin vaxt sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiiyin tələbləri pozulmaqla əldə edilmiş hər hansı məlumat və ya sənəd iş üzrə sübut olaraq qəbul edilə bilməz. Bundan başqa barəsində protokol tərtib edilmiş şəxsin protokolda mülahizəsi qeyd edilməmişdir. X1 hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk növbədə subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə təsdiq edilir. Odur ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutları qarşılıqlı müqayisəli şəkildə təhlil eədərk hesab edir ki, X1 hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətlərinin olması iş materialları sübuta yetirilmir, qərar qəbul etmiş orqan tərəfindən isə məhkəməyə buna dair mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan vaxtdan isə uzun müddət keçdiyindən yol verilmiş pozuntunun aradan qaldırılması isə obyektiv olaraq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş 09 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata hissəvi xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı X1 hərəkətlərindən İXM-nin 329.3-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, bu hissədə məhkəməyə nə şikayətçi, nədə qərarı qəbul etmiş orqan tərəfindən sübut təqdim edilməmişdir. Belə olan halda isə həmin hissədə qanuni və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş 09 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 329.3-cü maddəsi ilə başlanmış icraat üzrə yenidən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilməklə Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X1 barəsində Yasamal RPi-nin DYPŞ-nin rəisi X4 tərəfindən qəbul edilmiş 09 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektoru X3 tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata hissəvi xitam verilməli və protokol əsasında İXM-nin 329.3cü maddəsi ilə başlanmış icraat üzrə Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə tam, hərtərəfli və obyektiv əlavə araşdırmanın aparılması təmin edilməklə yenidən baxılması üçün toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş 400 (dörd yüz ) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti qismən təmin olunsun. X1 barəsində Yasamal RPİ-nin DYPŞ-nin rəisi X4 tərəfindən qəbul edilmiş 09 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 barəsində Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektoru X3 tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata hissəvi xitam verilsin. X1 barəsində Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektoru X3 tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında İXM-nin 329.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən baxılması üçün toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilsin. Qəbul edilmiş 09 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş 400 (dörd yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Bakı şəhəri Yasamal Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1008/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1008/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver