Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1009/2021 19.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, 11 mart 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, həkim-ginekoloq işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 19 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2937/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu X2 18.000 (on səkkiz min) manat məbləğində borc və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X6 ödənilməlidir. X8 icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən, X8 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2937/2020 nömrəli 02 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabddeh X2 18.000 (on səkkiz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı X6 ödənilməlidir. İcra sənədi üzrə icraata 15 dekabr 2020-ci il tarixli qərarla başlanılmışdır. Borcluya icra işi üzrə tələbin könüllü icrası üçün bildiriş, icraata başlama haqqında qərarın surəti 27 yanvar 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Lakin hazıradək borclu tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən protokol tərtib etmiş B.Ə.Bayramov borclu X3 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar barəsində tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs X8 izahatında bildirmişdir ki, uzun müddətdir xroniki dərin depressiyadan əziyyət çəkir, 2 saylı psixiatriya klinikasında müalicə alır. İcra sənədinin icrası üzrə ödəniş edə bilməməsinə səbəb kimi xəstəliyindən dolayı uzun müddət işləyə bilməməsini göstərmişdir. Daha sonra o, icra sənədini hazıradək üzrlü səbəblərə görə icra edə bilmədiyini və gələcəkdə də bundan yayınmayacağını məhkəməyə bildirmişdir. O, həmçinin barəsində protokol tərtib edilməmişdən öncə hüquq və vəzifələrinin ona izah edilmədiyini qeyd etmiş və protokol düzgün tərtib edilmədiyindən onun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, protokol düzgün tərtib olunmadığından və ona əlavə edilmiş material natamam olduğundan baxılmadan Yasamal rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Belə ki, icra məmuru tərəfindən protokol tərtib edilərkən Azərbaycan Respublikası İXMin 100-cü maddəsinin tələbləri pozulmuş, barəsində inzibati icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, zərər çəkmiş şəxsin (tələbkarın) atasının adı və yaşadığı yeri ünvanı protokolda ümumiyyətlə qeyd edilməmiş, inzibati xətanın mahiyyəti isə kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddəyə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarında olan icra sənədindən müəyyən edilmişdir ki, iddiaçı X12 oğlunun cavabdeh X7 qarşı “pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 18.000 (on səkkiz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumun tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 15 dekabr 2020-ci il tarixli qərarla başlanılmışdır. Borcluya icra işi üzrə tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirməklə bağlı bildiriş, icraata başlama haqqında qərarın surəti göndərilmişdir. Bildiriş 27 yanvar 2021-ci il tarixdə borcluya rəsmi qaydada təhvil verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Normanın məzmunundan göründüyü kimi, qeyd olunan xətanın tərkib əlamətinin yaranmasından ötrü onun obyektiv cəhətində nəzərdə tutulmuş hərəkətləri şəxs üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülübgörülməməsi araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qanunun 12.1-ci maddəsinə görə 8.2-ci maddənin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunun 43-cü maddəsinə görə aşağıdakı məcburi icra tədbirləri müəyyən edilmişdir: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qanunun 44-cü maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Qanunun 44.3-cü maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 63.1.3-cü maddəsinə görə tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda isə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 icra sənədinin üzrsüz səbəbdən icra etməməsinin onun hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, icra sənədi üzrə hansı məcburi icra tədbirlərin həyata keçirilməsi və həmin tədbirlərin nəticəsinə dair müvafiq sənədlər əlavə edilməmiş, iclasda məhkəməyə təqdim edilməmişdir. Qeyd edilir ki, İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və tələbkarın iştirakı məhkəmə iclasında təmin edilmədiyindən, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının üzrsüz səbəbdən olub-olmamasını müəyyən etmək mümkün olmadığından, protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 100 və 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 19 aprel 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1009/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1009/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver