Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-101/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2020-cİ il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-cİ il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Mercedes Benz S320” minik markalı, Az 10JJ881 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumat Şəxs MMC tərəfindən 5 gün müddətində səlahiyyətli orqana verilməmişdir. Bunun nəticəsində Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır.Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasinda iştirak edən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X3 bildirmişdir ki, “X8” MMC-yə məxsus “Mercedes-Benz S320 Minik” markalı, Az ** JJ *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2020-ci il tarixli CL/M-011/20 saylı daxili lizinq müqaviləsinə əsasən vətəndaş X2 istifadəsinə verilmişdir. Lakin O.N.Nuriyev xx.xx.2020-ci il tarixdə ərizə ilə “X8” MMC-yə müraciət edərək, xx.xx.2020-ci il tarixdə həmin avtomaşının öz tanıdığı şəxslər tərəfindən O.Nuriyevdən alındığını bildirmiş və avtomaşının tapılıb geri qaytarılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 müarciət edilərək, "Mercedes-Benz S320 Minik” markalı ** JJ *** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanılaraq cərimə meydançasına təmin edilməsi xahiş edilməsinə baxmayaraq “X8” MMC-yə xx.xx.2020-ci il tarixdə daxil olmuş, DİN-nin Baş Dövlət X6 rəis müavini Elşən Kazımov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 110748-1220 №-li məktubla qeyd olunan avtomobillə bağlı etibarnamə verilməsinə dair məlumatın mövcud olmadığı və mülki axtarışla bağlı məhkəməyə müraciət etməyin məqsədəmüvafıq olduğu bildirilmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinı məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, həqiqətən də “X8” MMC-yə məxsus “Mercedes-Benz S320 Minik” markalı, Az ** JJ *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2020-ci il tarixli CL/M-011/20 saylı daxili lizinq müqaviləsinə əsasən vətəndaş X2 istifadəsinə verilmişdir. Lakin hazırda həmin avtomobilin kimin tərəfindən istifadə olunması məlum deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2020-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-101/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-101/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver