Məhkəmə qərarları › İş №3(004)-1010/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1010/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1010/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X2, barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək «xxxx» MMC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili X4 izahatında göstərmişdir ki, «xxxx» MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, həmin protokol tərtib edilərkən onlar dəvət edilməmişdir. Əks halda, müvafiq sənədləri təqdim edərdilər və protokol da tərtib edilməzdi. Göründüyü kimi «xxxx» MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 16 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 17 fevral 2021-ci il tarixdə «xxxx» MMC tərəfindən satılan mala dair verilən zəmanət talonunda istehlakçının hüququnun məhdudlaşdırılması şərti aşkar edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın vətəndaş İlona Hacıyevanm şikayət əsasında başlanılmasına və öz şikayətində onun "shop.az" onlayn satış mağazasından aldığı qəvhəbişirən avadanlığı qaytarmaqla ödədiyi 371 manatın geri almasını tələb etməsinə, habelə şikayət predmetinin fərqli olmasına baxmayaraq, Xidmət icraat çərçivəsində başqa mübahisə predmetilə (zəmanət talonun 7ci bəndində istehlakçının hüquqlarım məhdudlaşdıran müddəanın olması: "xxxx" MMC-də avtorizə olunmayan təşkilatlarda və ya özəl təmir yerlərində təmir edilən məhsullara zəmanət şamil edilmir” ifadəsinin mövcudluğu) protokol tərtib etmişdir. Xidmətin başqa predmetlə icraat başlaması hüquqi baxımdan doğru deyil, çünki istehlakçının şikayəti və müəyyən edilmiş pozuntu arasında predmet baxımından səbəbli əlaqə mövcud deyil. Belə ki, Xidmətin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinin 3.0.23 və 3.0.24-cü bəndlərinin tələbinə əsasən, Xidmətin inzibati tənbeh tədbiri tətbiq etməzdən əvvəl "istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görmək, xüsusilə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) vermək" vəzifəsi mövcuddur. Qeyd olunan şikayətlə bağlı inzibati orqan qismində Xidmət gələcəkdə istehlakçıların hüquqlarının pozuntusunun qarşısını almaq məqsədilə preventiv tədbir olaraq nəinki "xxxx" MMC-yə, habelə zəmanət talonunun sahibi və avadanlığa texniki zəmanət verən "xxxx" MMC-yə tələbnamə göndərməli idi, lakin bu barədə hər iki şirkətə hər hansı tələbnamə daxil olmamışdır. İnzibati tənbeh tədbirinin tətbiqinə səbəb olmuş pozuntunun zəmanət talonundan doğması nəzərə alınaraq bu talonun sahibinin "xxxx" MMC olması nəzərə almarsa, pozuntu tərədən şəxsin "xxxx" MMC olmadığı bəlli olar. Belə vəziyyətdə Xidmətin pozuntu subyektini düzgün müəyyən etmədiyi aşkardır və "xxxx" MMC-nin pozuntunun subyekti olmaması inzibati xəta tərkibini də istisna edir. Beləliklə də, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 447.0.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar