Məhkəmə qərarları › İş №3(004)-1011/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1011/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1011/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, inzibati xəta haqqında protokolun (MN ******* saylı) və inzibati tənbeh etmə haqqında qərarın (MN ******* saylı) ləğv edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə faktiki yaşadığı Nizami rayonu ərazisində küçədə maska taxmadığı üçün polis əməkdaşları tərəfindən İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib cərimələnmişdir. Qərarda da yazılmışdır ki, şəxs maska taxmadığı üçün inzibati xəta törətmişdir. Lakin həmin vaxtı maska taxmamağın inzibati xəta olmasına dair norma yox idi. Maska taxmaq məsləhət görülürdü, taxılmağın məcburiliyi, taxmayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi müəyyən edilməmişdir. Ona görə də qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X2 xx.xx.2020-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 74 saylı ünvanda maska taxmadığı üçün ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Bununla da şəxs xx.xx.2020-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə fərdi qoruyucu vasitələrdən, yəni “maska”dan istifadə etməməyən inzibati məsuliyyətə səbəb olması barədə norma olmamışdır. Ona görə də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X2 barəsində İXM-nin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar