Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1011/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş qərardad və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 may 2023-cü ildə Bakı şəhəri Yasamal rayonu, Ə.Hüseynzadə küşəsi 63 ünvanında yerləşən “Sapphirze studio” gözəllik salonunda ora pedikür etdirmək üçün gələn müştəri X3 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Zərər çəkmiş şəxs X1 şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İŞ-də müvafiq araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Vasif Calalov tərəfindən 18 iyun 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün polis bölməsinə göndərilmişdir. Bundan sonra Yasamal RPİ-nin 26-cı PB-nin polis kapitanı X7 tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru R.F.Həziyev tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, X6 ona edilən pedikürü bəyənmədiyi üçün aralarında yaranan mübahisə zamanı onun vəfat etmiş anasının ünvanına nalayiq ifadələr işlətdiyi üçün ona fiziki ağrıya səbəb olacaq hərəkətlər etmişdir. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan 18 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli HK-1/1007 və Şəxs müracəti əsasında toplanmış 22.05.203-cü il tarixli HK-1/1010 nömrəli materialları üzrə cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan həmçinin müəyyən edilir ki, araşdırma zamanı təyin edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 588 saylı rəyindən müəyyən edilmişdir ki, X1 almış olduğu xəsarətlər, yəni başın təpə nahiyyəsinin şişkinlik və qançırı halında əzilməsi, sağ süd vəzisi nahiyyəsinin, sağ bazunun, sol saidin qançırları, sol süd vəzisi nahiyyəsinin və sağ bazunun sıyrıqları, başın ənsə nahiyyəsinin nöqtəvari qansızmaları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlarla tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərinin olması və həmin əməmlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. Lakin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir, xəta hadisəsinin xx.xx.2023cü il tarixdə törədilməsinə, faktla bağlı aparılan araşdırma nəricəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xəta haqqında protokol qərarın qəbul edildiyi vaxtdan 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün sonra, 15 fevral 2024-cü il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cinayət işinin başlanmasının rəss edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 3 ay müddət keçdiyinə görə, yəni şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə görə -Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48-51, 53, 105, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1011/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1011/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver