Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-10112/2025 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2- 64848/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-78234/2025 nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü ərzində DƏMX-nə təqdim edilməsi tələb edilmişdir. Məktubların xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə çatdırılmasına baxmayaraq müəssisə tərəfindən sənədlər natamam təqdim edilmişdir. Bu günə qədər sənədlər tam şəkildə təqdim edilməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-64848/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2- 78234/2025 nömrəli göndərilən məktublarda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim olunması tələb olunmuşdur. Lakin tələb olunan sənədlər tam şəkildə təqdim edilməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, icraatınızda 3(004)- 10112/2025 saylı iş vardır. Həmin iş üzrə DƏMX tərəfindən protokol təqdim edilmiş və bildirilmişdir ki, guya Şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cii maddəsi üzrə pozuntuya yol verilmişdir. Aşağıda qeyd edilənlər təsdiq edir ki, bu protokol qanunun tələblərini pozmaqla tərtib edilmişdir və ümumiyyətlə, Şəxs MMC tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Birincisi, DƏMX-in hal-hazırda məhkəmə sisteminə təqdim etdiyi protokol əvvəlcə məhkəməyə təqdim edilmiş. Həmin protokol qanunvericiliyin tələblərinə uyğun olmayaraq tərtib edildiyi üçün 3(004)-7605/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar ilə geri qaytarılmışdır. Lakin DƏMX tərəfindən hər hansı düzəliş edilmədən yenidən eyni protokol qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. 3(004)-7605/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən protokol tərtib edilərkən AR İXM-nin müvafiq maddəsi pozulmuş, müəssisənin izahatı alınmamış, DƏMX-in təqdim edilmədiyini hesab etdiyi sənədlərin nədən ibarət olması qeyd edilməmişdir. Məhkəmənin geri qaytarma ilə bağlı qərarına DƏMX əməl etməmişdir. Belə ki, AR İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin məcəllənin 57.2-ci maddəsinə görə sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Odur ki, DƏMX tərəfindən bildirilsə də ki, izahatının alınması barədə bildiriş göndərilmiş və hüquqi şəxsin nümayəndəsi iştirak etməmişdir - bu reallığı əks etdirmir. Həmçinin DƏMX bəzi sənədlər əlavə etmişdir ki, bildiriş müəssisəyə çatdırılıb. Lakin bunların əksinə qeyd edək ki, DƏMX göndərdiyini iddia etdiyi bildiriş müəssisəyə çatmamışdır. Görünən odur ki, DƏMX heç göndərmə qaydalarına riayət etməyib, yəni İXM-in 57-ci maddəsinin imperativ tələblərini pozmuşdur. Bu bildirişin müəssisəyə çatdırılması real olsa idi, DƏMX tərəfimizdən kötüyünə imza atılmış qəbzi məhkəməyə təqdim edərdi. Bu da o deməkdir ki, heç bir izahat alınmadan protokol tərtib edilib. Birinci məktubunda DƏMX tərəfindən tələb edilən sənədlərin siyahısına baxdıqda aydın olur ki, son on iki ay üzrə əmək haqqı hesablanması cədvəllərinin surəti bank çıxarışı və ya ödəniş tapşırığı formasında olmaqla tələb edilir. Həmçinin, DƏMX tərəfindən də sistemə əlavə edilmiş materiallardan görünür ki, nəinki on iki ay üzrə, şəxsin işlədiyi bütün illər üzrə, yəni 2021-ci il tarixindən onun əmək müqaviləsinə xitam verilən tarixə kimi (xx.xx.2024-cü il tarixinə kimi) əmək haqqı üzrə bank çıxarışları müvafiq quruma təqdim edilmişdir. Daha sonra bu qurum tərəfindən ikinci sorğu göndərilmişdir, bu sorğuda isə cəmi 2 sənədin təqdim edilməsi istənilmişdir - bu on iki ay üzrə iş vaxtının uçot cədvəllərinin surəti və artıq iş vaxtı ilə bağlı sənəd olmuşdur. Belə ki, tələb edilən on iki ay üzrə iş vaxtının uçot cədvəlləri quruma təqdim edilmişdir, lakin digər hal baş vermədiyi üçün və belə bir sənəd olmadığı üçün təbii ki, təqdim edilməmişdir (artıq ış vaxtı halı olmadığı üçün). Mövcud olmayan hal üçün mövcud olmayan sənədin təqdim edilməsi isə əlbəttə ki, tələb edilə bilməz. Qeyd etmək istədiyimiz məqam bundan ibarətdir ki, əgər DƏMX tərəfindən göndərilən birinci məktub üzrə həmin qurum sənədlərin natamam verildiyini düşünürdüsə, ikinci göndərdiyi məktubda bu sənədin təqdim edilməsini tələb edə bilərdi. Görünən odur ki, müvafiq sənədlərin onlara çatdırılmasına baxmayaraq kargüzarlıq işlərinə baxan şəxslər tərəfindən nəzərdə tutulan materiallar itirilmiş və ya başqa sənədlərlə qarışdırılmışdır, nəticə olaraq isə bunu müəssisənin sənədləri “natamam” verməsi adlandırırlar. DƏMX-in sorğularına cavab verilməsi müddəti ötürülməmişdir. Bunu hal-hazırda məhkəmə sisteminə əlavə etdiyimiz qəbzlər sübut edir. Əlavə olaraq isə təqdim edilmədiyini iddia etdiyi bütün sənədlər DƏMX-ə təqdim edilmişdir, aydın olan odur ki, məqsəd yalnız hüquqi şəxsi cərimələməkdən ibarətdir. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-64848/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-78234/2025 nömrəli məktubundan görünür ki, X1 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı müraciətinə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq X1 və digərlərinin müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günü ərzində X7 Xidmətinə (ünvan: AZ1114 ünvan 2lunan məlumat və sənədlərin siyahısı:
1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə),
2. Kollektiv müqavilə (olduğu təqdirdə),
3. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi və s.),
4. Son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və ya ödəniş tapşırığı),
5. Əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə, bank çıxarışı və ya ödəniş tapşırığı),
6. Məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri),
7. Məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (müraciətə uyğun olaraq müvafiq iş illərinə görə),
8. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. "xxxx" MMC-nin çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-64848/2025 saylı məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən qəbul edilmişdir. "xxxx" MMC-nin çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-78234/2025 saylı məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən qəbul edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, Şəxs MMC tərəfindən cavab məktubu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinə çatdırılmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, Şəxs MMC tərəfindən cavab məktubu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinə çatdırılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-64848/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3- 17-5/2-78234/2025 nömrəli məktubu ilə Şəxs MMC-dən bir sıra sənədlər tələb edilmişdir. Şəxs MMC tələb edilən sənədlər təqdim edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-64848/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-78234/2025 nömrəli məktubu ilə tələb edilən sənədlər təqdim edildiyindən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Rauf Daşdəmirov