Məhkəmə qərarları › İş №3(004)-10113/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-10113/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-10113/2025 05.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, X1, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X8 İdarəsi (BDYPİ) 13 noyabr 2025-ci il tarixli, 16/1-212117 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində BDYPİ tərəfindən qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, 16/1-212117 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 24 sentyabr 2025-ci il tarixli ərizə ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il asanpay sistemində ona məxsus elektron kabinetə daxil olarkən məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə adıma EQ 29253514 №-li elektron protokol tərtib edilərək kabinetə yerləşdirilmişdir. Lakin elektron kabinetə qərarın nömrəsi, poçta göndərilmə tarixi, SMS göndərilmə tarixi, SMS çatdırılma tarixi yerləşdirilməmişdir. Elektron kabinetə yerləşdirilən fotoşəkillərdən məlum olur ki, xx.xx.2025-ci il tarixdə ona məxsus ** HR *** dövlət qeydiyyat nömrəli “Mercedes-Benz” markalı avtomobil Bakı şəhər, Yasamal rayonu Akim Abbasov 45b ünvanında “Microsyst” klinikasının qarşısında avtomobillərin parklanması üçün nəzərdə turulmuş və üfıqi nişanlama xətləri ilə məxsusi olaraq minik abtomobillərinin parklanması üçün xətlərlə ayrılmış, piyada səkisinə və yola bitişik ərazidə park edilmişdir və İXM-nin 346.9-cu maddəsinə istinad edilərək-60 manat cərimə olunduğu göstərilir. Asanpay sistemində elektron kabinetdə olan onun mobil nömrəsinə bu barədə SMS gəlməmişdir və ya çatdırılmamışdır həmçinin digər vasitələrlə ona məlumat verilməmişdir. Tarixini dəqiq xatırlamadığı, amma təxminən qeyd olunan tarixdə həqiqətən də ona məxsus ** HR *** dövlət qeydiyyat nömrəli “Mercedes-Benz” markalı avtomobil Bakı şəhəri, Yasamal rayonu Akim Abbasov 45 ünvanında “Microsyst” klinikasının qarşısında avtomobillərin parklanması üçün nəzərdə turulmuş və üfüqi nişanlama xətləri ilə məxsusi olaraq minik avtomobillərinin parklanması üçün işarələnmiş, piyada səkisinə və yolun hərəkət hissəsinə bitişik ərazidə park edilmişdir. Həmin ərazi avtomobil yolunun hərəkət hissəsinə və piyada səkisinə (səkinin nisbətən kiçik bir hissəsinə) bitişik - ayrıca, düzbucaqlı şəklində asfaltlanmış, səkiyə paralel vəziyyətdə bitişik olan və təxminən 5-6 ədəd avtomobilin yan-yana saxlanılması üçün xüsusi olaraq üfüqi nişanlama xətləri çəkilmiş və nişanlama xətti ilə səkidən ayrılmış və xətlənmiş ərazidir. Həmin ərazi şimaldan səkiyə, cənubdan avtomobil yoluna (Akim Abbasov küçəsinə), qərbdən və şərqdən isə qazon və ya torpaq sahəsi olan ağaçlıq əraziyə bitişik və ya sərhəd olan ərazidir, səki deyildir, nişanlama xətti vasitəsilə səkidən ayrılmışdır. Həmin ərazi bir müddət əvvəl şimaldan səkiyə və cənubdan isə avtomobul yoluna bitişik qazon və ya torpaq sahəsi idi. Sonradan qazon sahəsinin qeyd olunan nisbətən kişik bir hissəsi asfaltlanaraq təxminən 5-6 ədəd avtomobilin yan-yana saxlanması üçün üfıiqi xətlərlə nişanlanmışdır. Səkiyə bitişik həmin ərazidə daim minik avtomobilləri park edilir və həmin ərazidə avtomobillərin parklanmasmı qadağan edən heç bir işarə və ya nişan yoxdur, həmçinin avtomobillər orada parklanmadığı vaxtlarda belə (ərazi boş olduğu halda) həmin ərazi ilə piyadalar müntəzəm hərəkət etmirlər. Beləliklə avtomobillərin həmin ərazidə park edilməsi piyadaların hərəkətini heç bir halda məhdudlaşdırmır və piyadaların hərəkətlərinə maneə yaratmır. Avtomobilin park edildiyi həmin ərazi səki deyildir, səkiyə bitişik asfaltlanmış və 5- 6 avtomobilin yan-yana saxlanması üçün üfüqi xətlərlə nişanlanmış ərazidir.” Qeyd olunanları, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə əsaslandırılmış xx.xx.2025-ci il tarixli Ərizə ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət edərək BDYPİ tərəfindən barəsində tərtib edimiş 14 iyul 2025-ci il tarixli, EQ 29253514 №-li protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı, həmin işə xx.xx.2025-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayon Məhkəməsi tərəfindən açıq məhkəmə iclasında baxıldı, məhkəmənin xx.xx.2025-ci il tarixli 3(004)-6777/2025 №-li Qərarı ilə şikayət qismən təmin edildi, DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli “EQ 29253514” №-li İnzibati xəta haqqında Qərar ləğv edildi və həmin inzibati xəta haqqında iş baxlılması üşün DİN-in BDYPİ-nə göndərilməsi barədə məhkəmə tərəfindən Qərar qəbul edildi. Bununla bağlı DİN-in BDYPİ işə yenidən baxmış və İnzibati xəta haqqında iş üzrə yeni xx.xx.2025-ci il tarixli 16/1-212117 №-li Qərar qəbul etmişdir. Həmin qərarda yazılmışdır ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)- 6777/2025 №-ilə qərarı əsasında, BDYPİ-də həmin işə yenidən baxılmş və müəyyən edilmişdir ki, “14.07 2025-ci il tarixdə, mənə məxsus “Mercedes” markalı 90- HR-388 dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhərinin A.Abbasov küçəsində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun” 52-ci maddəsinin tələbinə zidd olaraq səkidə saxlanılması faktı YPX inspektoru tərəfindən qeydə alınmış və BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında barəmdə İXM-nin 346-cı maddəsi ilə EQ 29253514 №-li inzibati tənbeh verilmə haqqında qərar çıxarılmışdır. Bununla bağlı Yasamal rayon Məhkəməsinə verilən şikayət əsasında məhkəmə tərəfindən həmin qərar ləğv edilmiş və işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə Qərar qəbul edilmişdir. BDYPİ-də işə baxılarkən yol hərəkəti haqqında qayda pozuntusu, tam olaraq sübuta yetirilmişdir. Belə ki, törədilmiş yol hərəkəti qayda pozuntusunun foto görüntülərinə keçirilən baxış zamanı sürücünün “Mercedes” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhərinin A. Abbasov küçəsində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun” 52-ci maddəsinin tələbinə zidd olaraq səkidə saxladığı təsdiqini tapmışdır və qərara alınmışdır ki, İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilsin”. Göründüyü kimi BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-212117 №-li İnzibati xəta haqqında iş üzrə Qərarından məlum olur ki, BDYPİdə işə yenidən formal baxılmış, iddia etdikləri qayda pozuntusunun yalnız foto görüntülərinə baxış keçirməklə kifayətlənmişlər. Belə ki, xx.xx.2025-ci il tarixli Ərizənin 1-ci səhifəsinin 3-cü abzasının 1-ci və 2-ci cümləsində və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-6777/2025 №-li qərarında qeyd olunan “Həmin ərazi avtomobil yolunun hərəkət hissəsinə və piyada səkisinə (səkinin nisbətən kiçik bir hissəsinə) bitişik - ayrıca, düzbucaqlı şəklində asfaltlanmış, səkiyə paralel vəziyyətdə bitişik olan və təxminən 5-6 ədəd avtomobilin yan-yana parklanması üçün YHH Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada üfüqi nişanlama xətləri çəkilmiş və nişanlama xətti ilə səkidən avrılmıs və xətlənmis ərazidir. Həmin ərazi şimaldan səkiyə cənubdan avtomobil yoluna (Akim Abbasov küçəsinə), qərbdən və şərqdən isə qazon və ya torpaq sahəsi olan ağaçlıq əraziyə bitişik və ya sərhəd olan ərazidir, səki deyildir, nişanlama xətti vasitəsilə səkidən ayrılmışdır.” hallara aydınlıq gətirilməmişdir. Əvvəllər səkidən ayrı, torpaq və qazon sahəsi olan, həmin səkiyə bitişik, səki ilə müqayisədə səkiyə nisbətən kiçik olan həmin ərazi kim və ya hansı qrum tərədindən və hansı məqsədlə asfaltlanmışdır? Kim və ya hansı qrum tərəfindən və hansı məqsədlə 5-6 ədəd avtomobilin yan-yana saxlanılması görüntüsünü təlqin edən üfüqi nişanlama xətləri ilə xətlənmişdir? Kim və ya hansı qrum tərəfindən hansı məqsədlə üfüqi nişanlama xətti ilə səkidən ayrılmışdır? Göründüyü kimi BDYPİ xx.xx.2025-ci il tarixli 16/1- 212117 №-İi İnzibati xəta haqqında iş üzrə qərarında bu məsələlərə aydınlıq gətirməmişdir, işə səthi yanaşmış və əsaslandırılmadan formal Qərar qəbul etmişdir. Avtomobil saxlanılan həmin ərazi avtomobil yolunun hərəkət hissəsinə və piyada səkisinə (səkinin nisbətən kiçik bir hissəsinə) bitişik - ayrıca, düzbucaqlı şəklində asfaltlanmış, səkiyə paralel vəziyyətdə bitişik olan və təxminən 5-6 ədəd avtomobilin yan-yana saxlanılması üçün xüsusi olaraq üfüqi nişanlama xətləri çəkilmiş və nişanlama xətti ilə səkidən ayrılmış və xətlənmiş ərazidir. Həmin ərazi şimaldan səkiyə, cənubdan avtomobil yoluna (Akim Abbasov küçəsinə), qərbdən və şərqdən isə qazon və ya torpaq sahəsi olan ağaçlıq əraziyə bitişik və ya sərhəd olan ərazidir, səki deyildir, nişanlama xətti vasitəsilə səkidən ayrılmışdır. Qeyd edim ki, həmin ərazi bir müddət əvvəl şimaldan səkiyə və cənubdan isə avtomobul yoluna bitişik qazon və ya torpaq sahəsi idi. Sonradan qazon sahəsinin qeyd olunan nisbətən kişik bir hissəsi asfaltlanaraq təxminən 5-6 ədəd avtomobilin yan-yana saxlanması üçün üfüqi xətlərlə nişanlanmışdır. Səkiyə bitişik həmin ərazidə daim minik avtomobilləri park edilir və həmin ərazidə avtomobillərin parklanmasını qadağan edən heç bir işarə və ya nişan yoxdur, həmçinin avtomobillər orada parklanmadığı vaxtlarda belə (ərazi boş olduğu halda) həmin ərazi ilə piyadalar müntəzəm hərəkət etmirlər. Beləliklə avtomobillərin həmin ərazidə park edilməsi piyadaların hərəkətini heç bir halda məhdudlaşdırmır və piyadaların hərəkətlərinə maneə yaratmır. Avtomobilin park edildiyi həmin ərazi səki deyildir, səkiyə bitişik asfaltlanmış və məxsusi olaraq 5-6 ədəd minink avtomobilinin yan-yana saxlanması üçün üfüqi xətlərlə nişanlanmış piyada səkisi olmayan ərazidir. Qeyd olunanları nəzərə alaraq BDYPİ tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 16/1-212117 №-li İnzibati xəta haqqında iş üzrə Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 16-cı bəndində yazılmışdır ki, səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrdmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Qanunun qeyd olunan bəndinin mənasına görə səkipiyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir. Amma avtomobil park edilən həmin ərazi səkiyə bitişik və səkiyə aidiyyəti olmayan hissədir. Belə ki, piyadalar Microsyst klinikasının qarşısında - Akim Abbasov küçəsinə paralel olan səki ilə düz istiqamətdə hərəkət edərkən avtomobillər saxlanılması üçün nəzərdə tutulmuş, 5-6 ədəd minik avtomobilinin saxlanılması üçün üfüqi nişanlama xətləri ilə işarələnmiş, düzbucaqlı şəklində asfaltlanmış, səkiyə paralel vəziyyətdə bitişik olan həmin əraziyə (avtomobollərin saxlanılması üçün üfüqi xətlərlə işarələnmiş, səkiyə və yolun hərəkət hissəsinə bitişik əraziyə) daxil olmaq üçün ehtiyac olmadan saga və ya sola dönərək səkidən kənara çıxmaqla avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş səkiyə bitişik həmin əraziyə daxil olmalı və təxminən 15-20 metr piyada məsafə getdikdən sonra təkrarən müvafiq olaraq məcburən sola və saga dönərək yenidən səkiyə qayıdıb hərəkətlərini davam etdirməlidirlər, çünki səkiyə paralel olaraq düz istiqamətdə getsələr sonu qazon və ya torpaq olan ağaclıq əraziyə çıxacaqlar, çünki yuxarıda qeyd olunduğu kimi həmin ərazi cənub tərəfdən avtomobil yoluna-avtomobillərin hərəkət hissəsinə bitişikdir, digər iki tərəfiqərb və şərq hissəsi torpaqlıq olan qazon və ağaclığ əraziyə bitişikdir, şimal tərəfi isə səkiyə bitişikdir ki, piyadalar məcburən yenə də əvvəl getdikləri yola qayıtmalıdırlar. Bu da lazımsız yerə piyadaların vaxtlarının və yollarının uzanmasına səbəb olar. Piyadalar, yəqin ki bu səbəbdən həmin ərazi boş olduğu hallarda belə (həmin ərazidə avtomobillər parklanmadığı vaxtlarda) öz yollarını uzatmamaq üçün həmin ərazi ilə hərəkət etmirlər. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 9-cu bəndində yazılmışdır ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - avtomobillərin səkilərdə dayanması qadağandır. Qeyd etmək lazımdır ki, bu norma BDYPİ üçün imperativ tələbdir və qərar qəbul edərkən Qanunun həmin tələbinə istinad etmək BDYPİ-nin vəzifə borcu olduğu halda Qanunun həmin tələbinə istinad etməmişdir. Həmin Qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 9-cu bəndinə əsaslansaq, DİN-in Baş X8 İdarəsi həmin ərazini (avtomobillər parklanan ərazini) səki hesab edirsə belə, həmin ərazidə — nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmuşdun belə ki həmin ərazidə 5-6 ədəd minik avtomobillərinin parklanması üçün üfüqi nişanlama xətləri çəkilmişdir. Bu da onu deməyə əsas verir ki, nişanlama xətləri ilə işarələnmiş həmin ərazidə avtomobillərin parklanması qadağası yoxdur və Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Əksinə, DİN-in Baş X8 İdarəsi xx.xx.2025-ci il tarixli 16/1-212117 №-li İnzibati xəta haqqında iş üzrə Qərar qəbul edərkən istinad etmyə borclu olduğu konkret imperativ tələblər (hallar) vardır və qərar qəbul edərkən həmin imperativ tələblərə istinad etməsi BDYPİ-nin vəzifə borcu olduğu halda qanunun həmin tələbinə istinad etməmişdir. Beləliklə BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli 16/1-212117 №-li İnzibati xəta haqqında iş üzrə qərar qəbul edərkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 9-cu bəndində qeyd olunan konkret hüquq normasına istinad etməsi BDYPİ-nin vəzifə borcu olduğu halda həmin hüquq nornasına istinad etməmişdir və həmin hüquq normasının tələbləri nəzərə alınmamışdır. İXM-nin 124.5-ci maddəsində göstərilir ki, İXM-nin 346.9-cu maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124-cü maddəsini Qeyd hissəsində 97.1-ci və 124.5-ci maddələrində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. Həmçinin Azərbaycan Respublikası İXM-nin 346.9. maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması inzibati xəta hesab edilir. Halbuki yuxarıda qeyd etdiyim kimi həmin ərazi səki deyildir, piyada səkisinə bitişik ərazidir, həmin ərazinin avtomobillərin parklanması üçün nəzərdə turulmuş və üfıqi nişanlama xətləri ilə məxsusi olaraq minik avtomobillərinin parklanması üçün nəzərdə tutulmuş nişanlama xətləri ilə işarələnməsi onu deməyə əsas verir ki, həmin ərazi hətta səki olsa belə (halbuki səki deyildir) İXM-nin 346.9-cu maddəsinin əksinə olaraq həmin ərazidəki nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmuşdur, minik avtomobillərini həmin ərazidə park edilməsi nişanlama xətləri ilə nəzərdə tutulmuşdur, minik avtomobillərini həmin ərazidə park edilməsi qadağası yoxdur. Həmçinin səkiyə bitişik həmin ərazi 5-6 ədəd avtomobilin yan-yana saxlanılması üçün nəzərdə tutulmasını təlqin edən üfüqi nişanlama xətləri ilə xətlənmişdir. YHH Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş üfüqi nişanlama xətlərinin təsir zonasında parklanmış avtomobillərə görə avtomobil sahiblərinə cərimə yazılması tamamilə qanunsuzdur. YHH Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada avtomobillərin parklanmasını nəzərdə tutulmasını təlqin edən üfüqi nişanlama xətlərinin çəkilməsi və həmin xətlərin təsir zonasında avtomobillərin parklanmasına görə sürücülərə cərimə yazılması maraqlı şəxslər tərəfindən sürücülər üçün qurulmuş süni bir tələ ola bilər. Səkiyə bitişik həmin ərazinin səki ilə birlikdə eni təxminən 10-metrdir (bəlkə də daha artıqdır), həmin məsafənin yarısını - təxminən 5metrini parklanmış avtomobillər tutarsa, qalan eni 5-metr səki olan hissədə piyadaların hərəkətini məhdudlaşdıran heç bir maneə olmur və beləliklə həmin ərazidə parklanmış minik avtomobilləri həmin əraziyə bitişik səkidə hərəkət edən piyadaların hərəkəti heç bir halda məhdudlaşdırmır. İXM-nin 57-1.1.2-ci maddəsində yazılmışdır ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir. Halbuki xx.xx.2025ci İl tarixli ərizədə qeyd etdiyi kimi bu günədək mənə məxsus elektron kabinetində olan mobil telefon nömrəmə, barəsində BDYPİ tərəfindən tərtib olunmuş, 14 iyul 2025-ci il tarixli, EQ 29253514 №-li elektron Protokol barədə SMS məlumatı bu günədək göndərilməyib və çatmayıb. BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-212117 №-li İnzibati xəta haqqında iş üzrə Qərarında qeyd olunan hallar Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinin təsir dairəsində deyil və həmin maddənin tələblərinə ziddir, həmçinin inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir (İXM, maddə-135.1.4). BDYPİ xx.xx.2025-ci il tarixli 16/1-212117 №-li İnzibati xəta haqqında iş üzrə Qərarla istinad etdiyi Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 52ci maddəsinin 4-cü hissəsinin 9-cu bəndində qeyd olunan və Qərar qəbul edilərkən istinad olunmalı olan konkret tələb (hallar) vardır və BDYPİ qeyd olunan Qərarı qəbul edərkən Qanunun həmin tələbinə istinad etməli olduğu halda Qanunun həmin tələbinə istinad etməmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 9-cu bəndində yazılmışdır ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - avtomobillərin səkilərdə dayanması qadağandır. Qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 9-CU bəndinə əsaslansaq, DİN-nin Baş X8 İdarəsi həmin ərazini (avtomobillər parklanan ərazini) səki hesab edirsə belə, həmin ərazidə - nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmuşdur, belə ki həmin ərazidə 5-6 ədəd minik avtomobillərinin parklanması üçün üfüqi nişanlama xətləri çəkilmişdir. Bu da onu deməyə əsas verir ki, nişanlama xətləri ilə işarələnmiş həmin ərazidə avtomobillərin parklanması qadağası yoxdur və Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Beləliklə BDYPİ həmin ərazini səki hesab edirsə belə qeyd olunan səbəblərdən BDYPİ-nin gəldiyi nəticə isin faktiki hallarına uyğun deyildir. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması. (İXM 135.1.2-ci maddə). xx.xx.2025-ci il tarixli Ərizədə qeyd etdiyim hal - BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29253514 №-li protokolu barədə məlumat İXM-nin 57-1.1.2-ci maddəsini tələblərinə zidd olaraq mənə məxsus elektron kabinetində olan mobil telefon nömrəmə göndərilməyib və ya çatdırılmayıb, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər əlverişli və alternativ (poçt vasitəsilə və s.) üsullarla məlumat verilməyib. xx.xx.2025-ci il tarixli ərizədə qeyd etdiyi hal - BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29253514 №-li protokolu tərtib edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinin ikinci cümləsində göstərilən prosessual qaydalara əməl edilməmişdir. Belə ki, inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamışdır. Bütün bunlarla yanaşı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır (İXM 135.1.1 -ci maddə). Qeyd olunan bütün bu hallara və BDYPİ xx.xx.2025-ci il tarixli EQ 29253514 №-li protokol üzrə Qərar qəbul edərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması (İXM 135.1.1-ci maddə), İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (İXM 136.1.6) və işin digər hallarına görə Yasamal rayon Məhkəməsi DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29253514 №-İi protokolunun və inzibati iş üzrə Qərarın qanunsuz və əsassız olduğu qənaətinə gəlmiş və İXM-nin 133- 137-ci maddələrini rəhbər tutaraq BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29253514 №-İi protokolunu ləğv etmiş və İXM-nin tələblərinə əməl edilməklə inzibati xəta haqqında işə yenidən baxılması üçün DİN-in BDYPİ-yə göndərmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X8 İdarəsi (BDYPİ) 13 noyabr 2025-ci il tarixli, 16/1-212117 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini BDYPİ tərəfindən qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, 16/1-212117 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X3 barəsində qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, 16/1-212117 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ tərəfindən qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, 16/1-212117 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə «Mercedes» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhərinin A.Abbasov küçəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə zidd olaraq sakidə saxlanılması faktı YPX inspektoru tərəfindən bort-kompüter vasitəsilə qeydə alınmış və Baş X8 idarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında vətəndaş X4 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə EQ 29253514 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Vətəndaş V.Yunusov, barəsində çıxarılmış qərardan Yasamal Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdə məhkəmə işə baxaraq sonuncu barəsində çıxarılmış EQ 29253514 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qayda pozuntusu tam olaraq sübuta yetirilmişdir. Belə ki, törədilmiş yol hərəkəti qayda pozuntusunun foto görüntülərinə keçirilən baxış zamanı sürücünün «Mercedes» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin A.Abbasov küçəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə zidd olaraq səkidə saxladığı təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-6777/2025 saylı qərarından görünür ki, X3 şikayəti qismən təmin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli, EQ seriyalı 29253514 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, «Mercedes» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığı yer “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 16-cı bəndində nəzərdə tutulmuş səki anlayışına uygun deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 10-cu maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 52-ci maddəsinin: İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir; İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə qeyd edir ki, inzibati orqan X3 idarə etdiyi nəqliyyat vasitəsinin səkidə dayanması qənaətinə gəlmiş və bununla da sonuncu barəsində İXM-in 346.9-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin, qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş hadisə yerinin fotoşəkillərinə məhkəmə iclasında baxılan zaman bu hal istisna olunur. Belə ki, həmin materiallardan aydın olduğu kimi X3 idarə etdiyi nəqliyyat vasitəsi dayandığı yer (sahə) piyadaların hərəkəti üçün nəzərdə tutulan səki anlayışını özündə ehtiva etmir. Yəni, sözügedən ərazidə bu məqsədilə yol nişanları və göstəriciləri quraşdırılmamışdır. Fotoşəkillərdən aydın olur ki, X3 idarə etdiyi nəqliyyat vasitəsi saxlanıldığı sahədən əvvəl və sonra piyadaların hərəkəti üçün hissə mövcud deyildir. Belə olduğu təqdirdə piyadaların təhlükəsiz hərəkət etməsi qeyri-mümkündür və bu hal özlüyündə şəxsin İXM-in 346.9-cu maddəsi ilə məsuliyyətini istisna edir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən olunmuşdur. Həmin maddədən göründüyü kimi yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi icraat zamanı İXM-in 6-cı maddəsinin (Qanunçuluq prinsipi) də tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Beləliklə, məhkəmə, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində İXM-in 346.9-cu maddəsinin əsaslarının mövcud olmaması qənaətinə gəlir. İXM-in: 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur; 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, 16/1-212117 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, 16/1-212117 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar