Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1013/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X7 oğlunun iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X6 tərəfindən 14 aprel 2021-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri, Yasamal rayonu, X11 Əhmədov 24 B ünvanında 14.04.2021-ci il tarixdə, saat 16:45-də müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X11 Əhmədov 24 B ünvanında yerləşən «Forum İstanbul» adlı mağazanın sahibkarı X4 14.04.2021-ci il tarixdə saat 16:45-də müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirməmişdir. Lakin sonradan sahibkarla müqavilənin bağlanması ilə bağlı razılığa gəlmişlər və müvafiq müqavilə bağlamışlar. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş ərizədən və protokol tərtib edən orqanın nümayəndəsinin izahatından məlum olur ki, X4 tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Reklam İdarəsinə “açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” müraciət olunmuşdur. İş materiallarına əlavə müqavilənin surətindən görünür ki, icazə verən qurum ilə reklam yayıcısı X5 arasında 26 noyabr 2019-cu il tarixli M********** qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə” müqaviləsi bağlanmışdır və həmin müqavilə 20.11.2020-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə qəbzin surətindən görünür ki, X4 tərəfindən Kapital bank vasitəsinə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin müvafiq bank hesabına 03.05.2021-ci il tarixində reklam yayımı haqı ödəmişdir. Azərbaycan Respublikası İXM-in 428.7-ci maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulmuşdur. Аzərbaycan Respublikası İnzibeti Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan normada inzibati məsuliyyətin mütləq əsaslarından biri də şəxsin inzibati xətanın törədilməsində təqsirinin müəyyən edilməsidir. Barəsində icraat aparılan şəxs yazılı göstərişi aldığı vaxtdan 5 gün müddəti ötürmüş olsa da faktiki olaraq bundan qısa müddət sonra, müvafiq icazə üçün müraciət edərək tələb olunan rüsum və yayım haqqını ödəməklə qanunun tələblərini pozmaq niyyətinin olmadığını nümayiş etdirmişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş müddətin qısa olmasını və həmin müddətin xüsusi karantin rejiminə təsadüf etməsini də nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qəsdi inzibati xətanın törədilməsinə yönəlməmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 20.11.2020-ci il tarixdə baş verməsinə baxmayaraq Bakı şəhəri Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında protokol 14 aprel 2021-ci il tarixində tərtib etmişdir və həmin protokol qanunvericiliyin aşağıda qeyd edilən 38.1-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət pozulmaqla (ötürülməklə), tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, məhkəmə hesab edir ki, X2 İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53, 106-115 və 428.7.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1013/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1013/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver