Məhkəmə qərarları › İş №3(004)-1015/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1015/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1015/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X5 Bölməsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X5 Bölməsi tərəfindən tərtib edilmiş 12 aprel 2021-ci il tarixli 01400-0406/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikası, Ankara şəhəri, Horasan küçəsi 14 ünvanında qeydiyyatda olan “X8 Sanayi ve Ticaret” A.Ş. tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan “X8 Sanayi ve Ticarət Anonim Şirketi’nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ünvanına idxal olunmuş 22000 kq çəkidə və 21619,59 ABŞ dolları dəyərində "dəmirdən və aşqarlanmamış poladdan məftil” yükü 30.03.2021-ci il tarixdə “Mercedes Benz” markalı, 08K7284/08K7285 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. Qeyd olunan yükün rəsmiləşdirilməsi zamanı isə “X8 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından idxal olunmuş yüklə bağlı gömrük rəsmiləşdirilməsi əməliyyatını həyata keçirən, Bakı səhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 87A ünvanında qeydiyyatda olan hüquqi şəxs - “xxxx” MMC tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyi müəyyən edilmişdir. Nəticədə təmsilçi “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin ünvanına 08K7284/08K7285 dövlət qeydiyyat nişanlı yüknəqliyyat vasitəsi ilə daxil olmuş yükə dair qısa idxal bəyənnaməsinin verilməməsinin səbəbi diqqətsizlik olmuşdur. O, cəmiyyət tərəfindən gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X5 Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə İXM 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru Nöhbala Həsənov tərəfindən tərtib edilmiş 03 aprel 2021-ci il tarixli raportdan görünür ki, 30.03.2021-ci il tarixdə “X8 Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasindaki Nümayəndəliyi (bəyannaməçi: Şəxs MMC Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 86 b 02) tərəfindən Türkiyədən **********16285 nömrəli mal qeydiyyat kodu ilə 08K7284/08K7285 dövlət nömrəli yük nəqliyyat vasitəsi ilə idxal etdiyi “qara metallardan polad məftillər” yükü ilə bağlı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli **********6974 nömrəli gömrük bəyannaməsindən görünür ki, mal göndərən ixracatçı Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 San ve Tic As” şirkətindən mal qəbul edən- idxaladçı “X8 San ve Tic As” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin adına 22000,00 kq çəkidə “dəmirdən və aşqarlanmamış poladdan məftil” yükü ölkə ərazisinə idxal edilmişdir. Lakin bəyannaməçitəmsilçi Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün əsas gömrük bəyannaməsinin 40-cı qrafası doldurulmamış və bu barədə qeydiyyat aparılmamışdır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X5 Bölməsində barəsində icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmiş və cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu “xxxx” MMC broker fəaliyyəti ilə məşğuldur və vergi ödəyicisi qismində qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslərin idxal-ixrac əməliyyatlarını həmin şəxslərin adından müqavilə əsasında aparır. Belə hüquqi şəxslərdən biri də “X8 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir. Belə ki, adı çəkilən nümayəndəlik Türkiyə Respublikasında yerləşən və özlərinin baş idarəsi olan “X9. Sanayi ve Ticaret” A.Ş.-dən 29.03.2021-ci il tarixli, AAA**********129 saylı hesab faktura sənədi əsasında 22000 kq çəkidə və 21619,59 ABŞ dolları dəyərində “dəmirdən və aşqarlanmamış poladdan məftil” yükünü idxal etmişlər. Lakin nümayəndəlik həmin yüklə bağlı qısa idxal bəyannaməsinin təqdim olunması əməliyyatı da daxil olmaqla bütün əməliyyatların aparılması prosesini nümayəndəsi olduğu, “xxxx" MMC-yə həvalə etmişdir və qısa idxal bəyannaməsinin təqdim olunması adı çəkilən nümayəndəlikdən idxal olunmuş yüklə bağlı bütün sənədlər hazırlanaraq onlara, yəni “xxxx” MMC-yə təqdim olunmuşdur. Lakin "xxxx” MMC olaraq unutduqları üçün, idxal olunmuş "dəmirdən və aşqarlanmamış poladdan məftil” yükünə görə “X8 Sanayi ve Ticaret Anonim Şırketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər barəsində min beş yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qərarla təyin ediləcək inzibati cərimə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən X4 kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yasamal Rayon İcra şöbəsinə havalə edilsin və cərimə məbləği X4 kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar