Məhkəmə qərarları › İş №3(004)-1016/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1016/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1016/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 22, mənzil 23-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC 25 mart 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4369 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Hindistandan 59E46110/59E46210 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 13 aprel 2021-ci il tarixdə saat 04:38-də Cənub Ərazi Bas Gömrük İdarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair **********4291 sorğu nömrəli qısa idxal bəyannaməsini 13 aprel 2021-ci il tarixdə saat 10:56-da gömrük orqanlarına elektron formada verərək, həmin mallar gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 16.04.2021-ci il tarixli, №00100-0756/21 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs MMC-nin məhkəməyə daxil olmuş 03.05.2021-ci il tarixli ərizəsinə (etirazına) əsasən AR DGK Bakı Baş Gömrük İdarəsi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini əsas gətirərək protokol tərtib etmişdir və həmin protokolun əsasında qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. İnzibati iş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə iclası 04 may 2021-ci il tarixə saat 14:40-a təyin edilmişdir. Qeyd etmişdir ki, AR DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokol tam qanunsuz və əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dispozisiyasında göstərilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Onlar qanunun tələbinə uyğun olaraq 13 aprel 2021-ci il tarixdə, saat 10:47-də AR Dövlət Gömrük Komitəsinə növbə üçün elektron qaydada müraciət etmişik və Şəxs MMC-nin müraciəti qəbul olunaraq növbə verilmişdir. Buna baxmayaraq Gömrük Komitəsinin əməkdaşları əsassız olaraq Şəxs MMC-nin barəsində protokol tərtib etmişlər. Onlar Gömrük Komitəsinin əməkdaşlarından protokolu nə üçün tərtib etdiyini soruşduqda isə onlara “1 saat gözləməlisiniz” deyə cavab vermişlər. X3 Məcəlləsinin 485.2-ci maddəsində qeyd olunur ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada müraciət olunmalıdır. Bura da isə saat məsələsindən söz getmir. Qabaqcadan xəbərdarlıq olunması qeyd olunur və onlar öz növbəsində qabaqcadan növbəlik üçün müraciət etmişlər. Göründüyü kimi AR DGK Bakı Baş Gömrük İdarəsi Şəxs MMC-nin barəsində inzibati tənbeh vermə barədə protokol tərtib edərkən Qanunvericiliyin yuxarıda sadalanan tələblərini kobud surətdə pozmuşdur. Ona görə də hazırkı ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsinə nail olmaq istəyir. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarına görə inzibati xəta haqqında protokolun zəruri proseduralara riayət edilməsi hallarını, habelə inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmasını sübut etməlidir. Şəxs MMC-nin barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan narazılığı barədə məhkəməyə etiraz göndərsə də, məhkəmə həmin etirazda göstərilən halları da nəzərdən keçirərək hesab edir ki, inzibati xəta hadisəsi baş verişdir. Çünki protoolkdan da görünür ki, gömrükdən keçirilməli mallar olan nəqliyyat vasitəsi 13.04.2021-ci il tarixdə saat 04:38-də gömrük postudan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş. Lakin həmin mallara görə həmin saatadək qıssa idxal bəyənnaməsi təqdim edilməmişdir. Şəxs MMC-nin məhkəməyə ünvanlandığı etirazında da göstərilir ki, 13.04.2021-ci il tarixdə saat 10:47-də gömrük komitəsinə növbə üçün müraciət ediblər. Halbuki, qıssa idxal bəyənnaməsi yuxarıda göstərildiyi kimi 13.04.2021-ci il tarixdə saat 04:38-dən əvvəl elektron qaydada verilməli idi. Həmin saatdan əvvəl qıssa idxal bəyənnaməsinin təqdim edilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Bununla da Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar