Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1025/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində özünə məxsus avtomobili ilə evə gedərkən Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati qaydada cərimə olunmuşdur. Belə ki, o, həmin vaxt yaşayış yerini tərk etmək üçün nəzərdə tutulmuş 2 indeksindən istifadə etməklə yaşayış yerini tərk etmiş və həmin indeks üzrə nəzərdə tutulmuş 2 saat ərzində yaşadığı evə qayıdacağını hesablamışdır. Lakin polis əməkdaşlarının yaratdıqları tıxac səbəbindən yaşadığı binanın yaxınlığında təxminən 15- 20 dəqiqə ərzində yubanmışdır. O, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati qaydada cərimə olunarkən iki saatlıq icazə müddətindən cəmi bir dəqiqə keçmişdir. Həmin vaxt o, virusa yoluxma riskini artırmamaq üçün polis əməkdaşı ilə hər-hansı bir dialoqa girməmiş, bununla bağlı mübahisə etməyərək dərhal evə qayıtmışdır. X5 göstərilənlərə əsasən barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, həmin tarixdə bacısını əziyyət çəkdiyi xəstəliyi ilə əlaqədar xəstəxanaya aparmış və xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaşayış yerini tərk edərkən 2 indeksi üzrə sms icazədən istifadə etmişdir. O, hesablamalara görə icazə müddətinin bitməsinə 30 dəqiqə qalmış yaşadığı binanın yaxınlığına çatsa da, orada post olduğundan və postda xidmət aparan polis əməkdaşları vətəndaşların icazələrinin olub-olmamasını yoxladıqlarından böyük tixac yaranmışdır. Odur ki, tixac səbəbi ilə yubanmasına və yoxlanılarkən icazə müddətinin bitməsinə bir dəqiqə qalmasına baxmayaraq, polis əməmkdaşı bu üzürlü səbəbi nəzərə almadan onun barəsində protokol tərtib etmişdir. Daha sonra protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata cəlb edilmədən, hüquq və vəzifələri izah edilməklə xətaya dair onun mülahizələri dinləniləmədən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətçi X5 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə nümayəndəsi X6 şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon DYPŞ-nin YPX inspektoru X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, “Ford Fusion” (minik) markalı **-NR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx xxxxxxx 1987-ci il təvəllüdlü X5xx xxxxx 2020-ci il tarixdə saat 16:09-da Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin DYPŞ-nin polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X5 xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş “Azercell”in telefon məlumatlarına dair xx xxxx 2020ci il tarixli çıxarış vərəqindən müəyyən edilir ki, abonent X5 tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 14:06:59-da 8103 nömrəsinə sms göndərilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 14:06:59-da 8103 nömrəsinə sms göndərilməklə yaşayış yerini tərk etməsi üçün icazə alınmış və həmin tarixdə onun barəsində icazə müəddətinin bitməsindən 3 (üç) dəqiqə sonra, yəni saat 16:09-da Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, yəni yaşadığı evin yaxınlığında Yasamal rayon DYPŞ-nin YPX inspektoru X7 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Yasamal rayon DYPŞ-də aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı onun iştirakı təmin edilməmiş, xətaya dair mülahizəsi alınmamış, onun dinlənilməsi təmin edilməmiş və xətanın törədilməsi halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolda və xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X5 tərəfindən həmin vaxt Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş xüsusi karantin rejiminin hansı qaydasının pozulması konkret olaraq göstərilməmiş, məhkəmə iclasında isə qərarından şikayət verilmiş qurumun nümayəndəsi iştirak etsə də bu xüsusatı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxxx 2020-ci il tarixdə qüvvədə olan211-ci maddəsinəəsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə tərk etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən ölkə ərazisində x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək həmin qərarın 1.4-cü bəndinə görə 1.1-ci bənddə sadalanan şəxslərdən başqa bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilirdi: 1) təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2) ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 3) yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Qərarın 1.5.1-ci yarım bəndinə görə 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 - rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayəti qismən təmin edilməli, Yasamal rayon DYPŞ-nin YPX inspektoru X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Yasamal RPİ-nin DYPŞ-nin polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X10 Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. X5 barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1025/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1025/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver