Məhkəmə qərarları › İş №3(004)-1025/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1025/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1025/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə ünvan 1 ünvanı olan Şəxs MTK-nın (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2, 275.1.1 və 541-ci maddələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 09.02.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində Şəxs MTK tərəfindən ünvan 2 ünvanında tikinti altına düşən ağacların qanunsuz olaraq köçürülməsi, müsbət ekspert rəyi olmadan işlərin aparılması və tikinti altına düşən torpaq sahəsindəki ağacların başqa əraziyə köçürüldüyü, yaşıllıqların götürülməsi qaydasının pozulması aşkar olunmuşdur. Bununla Şəxs MTK tərəfindən İXM-in 253-1.2.1, 253-1.2.2, 275.1.1 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə 09.02.2022-ci il tarixdə MN N1201437 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MTK-nın nümayəndəsi X4 bildirdi ki, MMC tərəfindən ağacların başqa əraziyə köçürülməsi baş vermişdir, bununla bağlı müvafiq ekspert rəyi olmamışdır. əslində rəy almaq üçün müraciət edilmişdir, lakin rəyin verilməsi uzun vaxt çəkdiyi üçün, bunu gözləmədən ağaclar başqa əraziyə köçürülmüşdür. Buna görə də MTK tərəfindən inzibati xəta törətməsi etiraf edilir və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 15000 manat cəriməni artıq ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 bildirdi ki, 09.02.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində Şəxs MTK tərəfindən ünvan 2 ünvanında tikinti altına düşən ağacların qanunsuz olaraq köçürülməsi, müsbət ekspert rəyi olmadan işlərin aparılması və tikinti altına düşən torpaq sahəsindəki ağacların başqa əraziyə köçürüldüyü, yaşıllıqların götürülməsi qaydasının pozulması aşkar olunmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İXM-in 253-1.2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulması, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulması, yəni yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 275.1.1-ci maddəsinə əsasən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 541-ci maddəsinə əsasən X2ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MTK-nın nümayəndəsi qeyd edilən ərazidə MTK tərəfindən ağacların zədələnməməsini bildirsə də, iş materiallarında olan X2 Departament tərəfindən 09.02.2022-ci il tarixli AKT-ı ilə inzibati xətanın törədilməsi tam təsdiq edilir. Belə ki, həmin akta əsasən xidməti ərazidə “X2 haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və digər ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını nəzarətdə saxlamaq məqsədilə ünvan 3 ünvanında ərazinin hasara alındığı və özül qazıntı işlərinin aparıldığı tərəflərindən müəyyən edildi. Ərazidə mövcud olmuş köküstə yaş biolojı inkişafda olan 26 ədəd şam, 11 ədəd sərv olmaqla ümumilikdə 37 ədəd müxtəlif diametirli ağacların köçürülərək tikinti ərazisindəki mövcud yaşıllıq hissəsinin boş sahələrinə əkildiyi faktı aşkar edilmişdir Bununla da Şəxs MTK-nın həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol və əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MTK İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2, 275.1.1 və 541-ci maddələri ilə təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar