Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1031/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 iştirakı ilə, «X2” MMC-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 33ENF64/33BPK57 nömrəli nəqliyyat vasitəsində Niderlanddan ******* nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və **********5653 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, gömrük orqanına bəyan edilən yüklərdən əlavə, gömrük orqanına düzgün bəyan olunmayan 146 kq laym, 1458 kq zəncəfil, 56 kq avakado hass, 90 kq kakos, 110 kq yemiş yükləri aşkar edilmişdir. İnzibatı xətanın bilavasitə obyekti olan 146 kq laym, 1458 kq zəncəfil, 56 kq avakado 1353. 90 kq kakos, 110 kq yemiş yüklərinin qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfındən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xxxx/000734 saylı xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın keçirilməsı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/474 saylı, xx.xx.2023-cü il tarixli ekspert qarşısında inzibati xətanın bilavasitə obyekti olan laymın 1 kq-ı 10 manat olmaqla 146 kq 1460 manat, zəncəfilin 1 kq 8 manat olmaqla 1458 kq 11664 manat, avakado hass 1 kq 8 manat amaqla 56 kq 448 manat, kakos 1 kq 8 manat olmaqla 90 kq 720 manat və yemiş 1 kq 7 manat olmaqla 110 kq 770 manat təşkil etdiyi qeyd olunmuşdur. Bununla da «X2” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «X2” MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00100-00161/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2tərtib edilmiş protokola etiraz edərək, «X2” MMC barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallaını araşdıraraq hesab edir ki, «X2” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 00100-00161/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X3” MMC-nin adına 33ENF64/33BPK57 nömrəli nəqliyyat vasitəsində Hollandiyadan ******* nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və **********5653 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, gömrük orqanına bəyan edilən yüklərdən əlavə, gömrük orqanına düzgün bəyan olunmayan 146 kq laym, 1458 kq zəncəfil, 56 kq avakado hass, 90 kq kakos, 110 kq yemiş yükləri aşkar edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/474 saylı, xx.xx.2023-cü ıl tarixli ekspert rəyi ilə təsdiq olunur ki, inzibati xətanın bilavasitə obyekti olan layımın 1 kq-ı 10 manat olmaqla 146 kq 1460 manat, zəncəfilin 1 kq 8 manat olmaqla 1458 kq 11664 manat, avakado hass 1 kq 8 manat olmaqla 56 kq 448 manat, kakos 1 kq 8 manat olmaqla 90 kq 720 manat və yemiş 1 kq 7 manat olmaqla 110 kq 770 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Niderlanddan AZ1005, Bakı şəhəri,Yasamal rayonu,Süleyman Tağızadə,ev 51,mənzil 6 ünvanında qediyyatda olan Şəxs MMC-nin adına daxil olmuş və **********5653 nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması həyata keçirilmişdir. Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********5653 nömrəli gömrük bəyannaməsində bəyan olunan mallara baxış keçirilərkən gömrük bəyannaməsində göstərilən “Layım” yükünün brutto çəkisi 1060 kq, netto çəkisi 912 kq göstərildiyi halda Layım yükünün netto çəkisi 146 kq ,brutto çəkisi 102 kq , “Zəncəfil” yükünün brutto çəkisi 8200 kq, netto çəkisi 7200 kq göstərildiyi halda Zəncəfil yükünün burutto çəkisi və netto çəkisi 1458 kq, "Avakado hass” yükünün brutto çəkisi 850 kq, netto çəkisi 672 kq göstərildiyi halda, Avokado Hass yükünün brutto çəkisi 53 kq və netto çəkisi 56 kq, “Kakos" yükünün brutto çəkisi 2360 kq, netto çəkisi 2310 kq göstərildiyi halda, Kakos yükünün brutto çəkisi və netto çəkisi 90 kq, “Yemiş” yükünün brutto çəkisi 180 kq, netto çəkisi 150 kq göstərildiyi halda Yemiş yükünün brutto çəkisi 96 kq, netto çəkisi 110 kq artıq olduğu aşkar edilmişdir. İş materiallarında olan **********5653 nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, “Heics Silkway BV” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 18903.00 kq çəkidə meyvə və tərəvəz göndərilmişdir. İş materiallarında olan ******* nömrəli xx.xx.2022-ci il tarixli “invoice”-dan görünür ki, “Heics Silkway BV” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına meyvə və tərəvəzin ümumi dəyəri 37,571.30 Avro olmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMCyə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs (Şəxs MMC) tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X2” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və qismində ödənilməli olan 15062,00 (on beş min altmış iki) manat gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğdə, yəni 4 518,6 (dörd min beş yüz on səkkiz manat, altmış qəpik) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1031/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1031/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver