Məhkəmə qərarları › İş №3(004)-1036/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1036/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1036/2021 23.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 barəsində tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan verilmiş şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, hazırki şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, protokoldan verilmişdir. Eyni zamanda ərizənin məzmunundan müəyyən edilir ki, X2 barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş, lakin protokolun hansı idarənin vəzifəli şəxsi tərəfindən tərtib edilməsi göstərilməmiş, eləcə də ərizəyə protokolun surəti əlavə edilməmişdir. Eyni zamanda ərizədə iş üzrə qərar qəbul edilib-edilməməsi belə göstərilməmiş, həmçinin buna dair sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, aşkar edilmiş mübahisəli inzibati xəta hadisəsi üzrə ümumiyyətlə qərar qəbul edilibedilmədiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş edilmişdir. Həmçinin, ərizədən görünür ki, şikayətçi X1 qeydiyyat ünvanı ünvan 1diyi yeri müəyyən etmək mümkün olmamış, şikayətçi X2 tərəfindən isə onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 oğlunun xx xxxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar