Məhkəmə qərarları › İş №3(004)-1038/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1038/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1038/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Müstəqil Tele-Radio Kompaniyasının nümayəndəsi X2 iştirakları ilə, Şəxs Müstəqil Tele-Radio Kompaniyası barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 388-2.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən Şəxs Müstəqil Tele-Radio Kompaniyası barəsində İXM-in 388-2.0.4-cü maddəsi ilə tərtib edilmiş 21 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının nümayəndəsi A.A.Sadıqlı inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Müstəqil Tele-Radio Kompaniyasının barəsində İXM-in 388-2.0.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Müstəqil Tele-Radio Kompaniyasının nümayəndəsi Ç.M.Kərəmov təmsil etdiyi hüquqi şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “ATV” kanalında qanunvericiliyin tələblərinin pozulması haqqında 20 aprel 2021-ci il tarixli arayışdan görünür ki, 19.04.2021-ci il tarixdə saat 16:00-dan saat 19:00-dək yayımlanan “Bizimləsən” verilişində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 4.2-ci maddəsinin “Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya” nın bəndinin (müvafiq olaraq “18+” yaş kateqoriyasına aid informasiya məhsullarının yerli vaxtla saat 6-dan saat 23:00-dək yayımına məhdudiyyət qoyulur) pozulması halı baş vermişdir: “Bizimləsən” verilişində saat 17:54-də Bərdə rayon sakini Əzizova Aidə qonşusu 10 yaşlı yeniyetmə oğlanın cinsiyyət orqanına qayçı ilə xəsarət yetirməsini etiraf edir və əməlindən peşman olmadığını deyir. Aparıcı bunu hansı səbəbdən etməsini soruşanda xəsarət yetirən (Aidə) bunun izahatını belə verir: Aidə: İki yaş yarım qız övladım mənə dedi ki, qonşu Ülvidən qorxuram. Səbəbini soruşanda mənə dedi ki, o (Ülvi) mənə toxunub, başqa-başqa hərəkətlər edib. Sonra mən (Aidə) çağırdım uşağı otağa (Ülvini) yıxdım yerə və qayçı ilə cinsiyyət orqanını yüngül kəsdim və əməlimdən də peşman deyiləm. Aparıcı: Yıxdız yerə və qayçı ilə kəsdiz? Aidə : Bəli, mən hətta övladımdan ötəri adam da öldürərəm. 21 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ATV televiziyasının efirində 19 aprel 2021-ci il tarixdə saat 16:00-19:00 arası yayımlanan “Bizimləsən” proqramında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinin (uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın yayımlanması) tələblərinin kobud şəkildə pozulması faktı aşkar olunmuşdur. Belə ki, qeyd olunan proqramda Bərdə rayon sakini Əzizova Aidə qonşusu olan 10 yaşlı oğlan uşağının cinsiyyət orqanına qayçı ilə xəsarət yetirməsini etiraf edir və əməlindən peşman olmadığını deyir. “Televiziya və radio yayımı” haqqında Qanunun 33-cü maddəsi Yetkinlik yaşına çatmayanların qorunmasını nəzərdə tutur. Qanunun 33-cü maddəsində göstərilir ki, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 9.2.2-ci maddəsinə əsasən bu Qanunun 4.2-ci (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya) və 4.3.4-cü (erotik məzmunlu informasiya) maddələrində nəzərdə tutulan, müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımına yerli vaxtla saat 6-dan saat 23dək məhdudiyyət qoyulur.İXM-in 388-2.0.4-cü maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İXM-in 388-2.0.4-cü maddəsinə əsasən “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keзirilməməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üз min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İş üzrə müəyyən olunmuşdur ki, ATV televiziyasının efirində 19 aprel 2021-ci il tarixdə saat 16:00-19:00 arası yayımlanan “Bizimləsən” proqramında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinin (uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın yayımlanması) tələblərinin kobud şəkildə pozulmuşdur. Beləliklə, Şəxs Müstəqil Tele-Radio Kompaniyasının İXM-in 388-2.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs Müstəqil Tele-Radio Kompaniyasının əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Müstəqil Tele-Radio Kompaniyası İXM-in 388-2.0.4-cü maddəsi ilə təqsirli bilinərək hüquqi şəxs qismində həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128- 130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Müstəqil Tele-Radio Kompaniyası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar