Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1051/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci Ərazi X2 idarəsinin X2 Şöbəsinin inspektoru Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası FHN-nin 2-ci Ərazi X2 idarəsi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası FHN-nin 2-ci Ərazi X2 idarəsi tərəfindən tərtib olunmuş 09 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası FHN-nin 2ci Ərazi X2 idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-yə məxsus həmin ünvanda yerləşən səs yazma studiyasına keçirilmiş planlı yanğın-texniki müayinə zamanı obyektə baxış keçirilməsinə şərait yaradılmamış, yanğın təhlükəsizliyinə dair sənədlər təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası FHNnin 2-ci Ərazi X2 idarəsinin X2 Şöbəsinin inspektoru Nümayəndə protokola uyğun izahat verərək Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirdi ki, yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2024-cü il tarixli qərar Cəmiyyətin səlahiyyətli nümayəndəsi Elnur Əhmədliyə imza etdirilməklə təqdim edilməsinə baxmayaraq müayinə zamanı obyektə baxış keçirilməsinə şərait yaradılmamış, həmçinin yanğın təhlükəsizliyinə dair sənədlər təqdim edilməmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC -nin Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 2-ci ərazi X2 İdarəsinin rəisi vəzifəsini icra edən Zaur Həmidovun “Yanğıntexniki müayinənin aparılması haqqında” 0606 saylı, 02 fevral 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən Şəxs MMC firmasına məxsus səs yazma studiyasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plandan kənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Qərardan həmçinin müəyyən edilir ki, Elnur Əhmədli tərəfindən imzalanaraq təhvil alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 0606 saylı, 09 fevral 2024-cü il tarixli “yanğın-texniki müayinə” aktından və “yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” 0606 saylı, 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC firmasına məxsus səs yazma studiyasında 09 fevral 2024-cü il tarixdə keçirilmiş plandan kənar yanğın texniki müayinəsi zamanı obyektə baxış keçirilməsinə şərait yaradılmamış, yanğın təhlükəsizliyinə dair sənədlər təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus səs yazma studiyasında 09 fevral 2024-cü il tarixdə keçirilmiş plandan kənar yanğın texniki müayinəsi zamanı obyektə baxış keçirilməsinə şərait yaradılmamış və yanğın təhlükəsizliyinə dair sənədlər təqdim edilməmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 55, 114-117, 128-130 və 518.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1051/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1051/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver