Məhkəmə qərarları › İş №3(004)-1056/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1056/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1056/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Bərdə rayonu, Saatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bərdə rayonu, Saatlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 fevral 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Zərərçəkmiş şəxs 13 fevral 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Bunlar aşağıdakılardan ibarət olmuşdur: Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı **-BU-*** d.q.n-lı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmiş. Bakı Şəhəri Yasamal Rayon Prokurorunun 13 mart 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Ariz Qədiməliyev tərəfindən toplanmış material üzrə qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə protokol tərtib edilməsinə əsas olmuş Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarı Bakı Şəhəri Yasamal Rayon Prokurorunun 13 mart 2024-cü il tarixli qərarı əsasında ləğv edilmişdir. Bu səbəbdəndə Şəxs barəsində İXM-in 327.8-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş 13 fevral 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Bununla da qərardadda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 327.8-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş 13 fevral 2024cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar