Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1058/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 qızının Bakı şəhər Yasamal RPİ-nin 27-ci polsi şöbəsinin 28.01.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Bakı şəhər Yasamal RPİ-nin 27-ci polsi şöbəsinin 28.01.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28.01.2021 cil il tarixində onun barəsində inzibati xətalar məcəlləsinin 211.2 maddəsi ilə MN ******* saylı elektron protokol tərtib edilmişdir. Lakin,elektron protokolun nə vaxt, harada, kim tərəfindən və nə səbəbə görə tərtib edilməsi barədə heç bir məlumatı olmamışdır. Elektron Şəxsi kabinetinin foto və video bölməsinə heç bir material əlavə edilməmişdir. Elektron protokol tərtib edilərkən inzibati xətalar məcəlləsinin 122-ci maddəsinə istinad edilmişdir. Lakin, İXM-nin 211-ci maddəsi ilə İnzibati protokol tərtib edilərkən, İXM-nin 122-ci maddəsinə istinad edilə bilməz. Yol hərəkəti əleyhinə tərtib edilmiş protokollarda həmin maddəyə istinad edilir. Onun mülkiyyətində və ya istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur. 28.01.2021-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında elektron protokol, onun əsasında verilmiş 28.01.2021-ci il tarixli MN ******* saylı qərar çoxsaylı qanun pozuntularına yol verilməklə tərtib edilmişdir, işin faktiki və hüquqi vəziyyəti araşdırılmadan tələsik formada səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Ona görədə həmin qərar ləğv olunmalı, iş üzrə inzibati icraata xitam verilməlidir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş 24.02.2021-ci il tarixli 091-10231K- 4221 saylı məktubda qeyd edilir ki, 28.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol 27-ci Polis Bölməsinin sahə inspektoru polis leytinantı Heydər Dadaşzadə tərəfindən tərtib edilmişdir. O, həmin vəzifəli şəxsi tanımır, onun Şəxsiyyət vəsiqəsində olan məlumatların onun əlinə necə keçməsi və hansı səbəbdən protokol tərtib edilməsi barədə məlumatı yoxdur. Dəfələrlə Yasamal rayon Polis İdarəsi 27-ci Polis bölməsinə müriciət edilməsinə baxmayaraq, qərarın əsli ona təqdim edilməmişdir. 20.04.2021-ci il tarixdə həmin bölməyə yenidən ərizə ilə müraciət edilmiş (ərizə qoşmaya əlavə edilir), ondan sonra elə həmin tarixdə ona imzasız, möhürsüz Qərar təqdim edilmişdir və o da həmin sənədlərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilmiş dəlillərə əsasən hesab edirəm ki, 28.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında elektron protokolun əsasında verilmiş 28.01.2021-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar əsassızdır və ləğv olunmalıdır.Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 28.01.2021-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X3 28.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı X3 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (biz yüz) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 27-ci polis şöbəsinin 28.01.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 27-ci polis şöbəsinin 28.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1058/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1058/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver