Məhkəmə qərarları › İş №3(004)-1060/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1060/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1060/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 37A ünvanında yerləşən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sektor müdiribaş mühasibi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2019 saylı, 25.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən 52000 (əlli iki min) manat məbləğində pul tutularaq tələbkar X2 ödənilməlidir. Borclu Yasamal Rayon İcra Hakimiyyətinin sektor müdiri-baş mühasibi kimi Şəxs borclu Yasamal Rayon İcra Hakimiyyətin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 26.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərov məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2019 saylı, 25.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən 52000 (əlli iki min) manat məbləğində pul tutularaq tələbkar X2 ödənilməlidir. Şəxs borclu Yasamal Rayon İcra Hakimiyyətin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Dəfələrlə bu barədə Yasamal Rayon İcra Hakimiyyətinə məktub göndərilsə də, qətnamənin icrasə hələ də təmin edilməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2019 saylı, 25.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən 52000 (əlli iki min) manat məbləğində pul tutularaq tələbkar X2 ödənilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən 13.09.2019-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, 13.09.2019-cu il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin 13.09.2019, 21.10.2019, 14.04.2020, 14.07.2020, 20.08.2020-ci il tarixli məktublarla borclu Yasamal Rayon İcra Hakimiyyətinə müraciətlər edilərək, qeyd edilən icra sənədinin icra edilməsi tələb edilmişdir. Sonuncu dəfə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən borclu Yasamal Rayon İcra Hakimiyyətinin sektor müdiri-baş mühasib Şəxs 21.04.2021-ci il tarixli məktubla müraciət edilərək, həmin icra sənədinin icrası tələb edilmişdir. Məktub 22.04.2021-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı tərəfindən imza edilərək qəbul edilmiş, bu barədə qeyd İcra Hakimiyyətinin möhürü isə təsdiq edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin Yasamal Rayon İcra Şöbəsinə ünvanlandığı 17.02.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2019 saylı, 25.07.2019-cu il tarixli icra sənədinin icra edilməli olması Yasamal Rayon İcra Hakimiyyətinə məlumdur. Məktubda bildirilmişdir ki, həmin icra sənədinin icrası üçün Maliyyə Nazirliyi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə vəsait ayrıldıqdan sonra icra sənədi icra edilə bilər. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda qeyd edilən məktublarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar