Məhkəmə qərarları › İş №3(004)-1060/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1060/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1060/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Hüquqi ünvanı ünvan 1 yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən **********4181 xx.xx.2024-cü il, **********0498 xx.xx.2024-cü il, **********6059 xx.xx.2024-cü il tarixində ixrac olunmuş gömrük bəyannamələri üzrə Rusiya Fedarasiyyasına göndərilmiş “bentonit tozu” yükünün müqabilində ödənilməli olan 15560.72 ABŞ dolları məbləğində valyuta vəsaitinin 6942.55 ABŞ dolları məbləğində valyuta vəsaitini təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etmiş, 8618.17 ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Bununla da "xxxx" MMC İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X1 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, qeyd edilən ixrac gömrük bəyannamələri üzrə vəsait müvəkkil bank hesabına köçürülmüşdür. Müəyyən hissədə gecikmələr olmuşsa da bu onların təqsiri ucbatından deyil, bank əməliyyatlarının ləngiməsi səbəbindən baş vermişdir. Buna görə də inzibati xəta haqqında protokolun ləğv edilməsini və barələrində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Buna görə də Şəxs MMC inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən **********4181 xx.xx.2024-cü il, **********0498 xx.xx.2024-cü il, **********6059 xx.xx.2024-cü il tarixində ixrac olunmuş gömrük bəyannamələri üzrə Rusiya Fedarasiyyasına göndərilmiş “bentonit tozu” yükünün müqabilində ödənilməli olan 15560.72 ABŞ dolları məbləğində valyuta vəsaitinin 6942.55 ABŞ dolları məbləğində valyuta vəsaitini təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etmiş, 8618.17 ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********4181 xx.xx.2024- cü il, **********0498 xx.xx.2024- cü il, **********6059 xx.xx.2024 - cü il tarixində ixrac olunmuş gömrük bəyannamələri üzrə Rusiya Fedarasiyyasına göndərilmiş “bentonit tozu” yükünün müqabilində ödənilməli olan 15560.72 ABŞ dolları məbləğində valyuta vəsaitinin 6942.55 ABŞ dolları məbləğində valyuta vəsaitini təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etmiş, 8618.17 ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununlada qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bununla əlaqədar "xxxx" MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına 25.11,2024-cü il tarixli 3-33-2000/2- 003686/2024 saylı məktub göndərilmiş, lakin bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Tovuz Gömrük idarəsinə heç bir sənəd təqdim etməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 35-6/154-25 saylı arayışından görünür ki, AZROSBENTONİT MMC-nin (VOEN: **********) xx.xx.2024-cü il tarixli **********0498 saylı yük gömrük bəyannaməsi xx.xx.2024-cü il 272800 RUB, xx.xx.2024-cü il 194970 RUB, xx.xx.2024-cü il 33410 RUB, xx.xx.2024-cü il 12180 RUB daxil olan vəsaitlə bağlanmışdır. xx.xx.2024-cü il tarixli **********6059 saylı yük gömrük bəyannaməsi xx.xx.2024-cü il 55380 RUB, xx.xx.2024-cü il 180000 RUB, xx.xx.2024-cü il 180000 RUB daxil olan vəsaitlə bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 02785 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli **********4181 saylı yük gömrük bəyannaməsi üzrə qalıq məbləğ 0.00 manat təşkil edir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş, 8618.17 (səkkiz min altı yüz on səkkiz dollar 17 sent) ABŞ dolların 30% məbləğində, yəni 2585,45 (iki min beş yüz səksən beş dollar 45 sent) ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar