Məhkəmə qərarları › İş №3(004)-1063/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1063/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1063/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, General A.Abbasov küçəsi, ev 1C, mənzil 51 ünvanında olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şahid1 xx.xx.2023-xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanmadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə bildirdi ki, Şahid1 xx.xx.2023-xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanmadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bunu təsdiq edən kifayət qədər sübutlar həm birinci instansiya məhkəməsinə həm də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan sənədlərlə və iş icazələri ilə müəyyən edilir ki, Şahid1 rəsmi olaraq icazə müvafiq dövrlərdə məhz Şəxs MMC tərəfindən verilmişdir. Bundan əlavə iş materiallarında olan Şahid2 adlı şəxsin ərizəsindən görünür ki, o Şahid1 ümumiyyətlə tanımır. Belə olduğu halda məhkəmədən Şahid1 əmək müqaviləsi olmadan işə cəlb edilməsinə görə Şəxs MMC-nin tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, aşağıdakılara əsasən müəyyən edilir ki, iş materiallarında olan DƏMX-in Qarabağa icazələr çıxarışından görünür ki, Şahid1 Laçın rayonu ərazisinə daxil olmaq üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 54 günlük və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC tərəfindən icazə alınmışdır. Həmçinin iş materiallarında olan Şahid1 Baş Prokurorluğa ünvanladığı ərizədən görünür ki, o həmin aylarda məhz Laçın rayonunda quruculuq və bərpa işləri ilə əlaqədar işləməyə getmişdir. Bundan əlavə iş materiallarında olan Şahid2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o Şahid1 tanımır, onu hər hansı işə cəlb etməmiş, müqavilə bağlamamış və həmin şəxsə borcu yoxdur. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20000 manat (iyirmi min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar