Məhkəmə qərarları › İş №3(004)-1064/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1064/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1064/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi “xxxx” MMC-nin nümayəndəsi X1, qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 iştirakları ilə, “xxxx” MMC-nin direktoru X2 AR ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər idarəsinin 23 aprel 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: “xxxx” MMC-nin direktoru X6 məhkəməyə şikayət verərək AR ƏƏSMN yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin onun barəsində çıxardığı 23 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin Təchizatçı Anbardar vəzifəsində çalışmış X3 Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə əmək haqqmın və son haqqı hesabın düzgün hesablanmadığını əsas gətirərək şikayət etmişdir. X7 23.07.2020-ci il tarixdən “xxxx” MMC-də Təchizatçı Anbardar vəzifəsinin icrası ilə bağlı əmək müqaviləsi bağlanmışdır. S.Rəhimov 05.01.2021-ci il tarixdə öz hesabına məzuniyyətə çıxması barədə ərizə ilə müraciət edərək 05.01.2021- ci il tarixdən 20.02.2021-ci il tarixə kimi şirkətin 106/2 saylı əmrlə öz hesabına ödənişsiz məzuniyyətə buraxılmışdır. Lakin ölkədə və dünyada tüğyan edən Covid-19 pandemiyası iqtisadiyyatın bütün sahələri kimi turizm sahəsinədə mənfi təsir göstərdiyindən, şirkətin də maddi durumunun çətinləşdiyini nəzərə alaraq, vəziyyətdən minimum zərərlə çıxmaq məqsədi ilə əmək haqqı büdcəsinə yenidən baxılmışdır. Bu səbəbdən S.Rəhimovun icra etdiyi Təchizatçı Anbardar vəzifəsinin ləğv olunaraq müəssisədə Anbardara ehtiyac olmadığı üçün yalnız Təchizatçı vəzifəsinin saxlanılması qərarlaşdırılmışdır. 23.02.2021-ci il tarixdə 02 saylı bildirişlə S.Rəhimova yenilənmiş əmək haqqı göstərilməklə Təchizatçı vəzifəsində qalıb işləməsi təklif olunmuş lakin sonuncu təklif onu qane etmədiyi üçün işləməkdən boyun qaçırtmışdır. Təklifdən imtina etdiyi üçün S.Rəhimova 11.03.2021-ci il tarixə kimi əmək haqqısı saxlanılmaqla iş axtarması üçün ödənişli icazə verilmişdir. 11.03.2021 -ci il tarixdə S.Rəhimovla Əmək məcəlləsinin 70 b (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən müqaviləsinə xitam verilmişdir. Şirkətin hesabı Vergi və DSMF-a olan borc səbəbi ilə sərəncam tətbiq edildiyindən S.Rəhimovun son haqqı hesabı 31.03.2021-ci il tarixdə rəsmi olaraq sərəncam hesabdan götürüldükdən sonra hər gecikdirilən günlərdə daxil olmaqla ödənilmişdir. Bütün bunlara baxmayaraq X4 Xidmətinin Bakı Şəhər İdarəsində uzun araşdırmadan sonra işçinin azad olunması və ya son haqqı hesabın hesablanmasında qanun pozuntusu aşkar edilməmişdir. Lakin son haqqı hesabın vaxtından 18 gün gec verilməsi səbəbi ilə 23.04.2021-ci il tarixdə MN№1064471 İnzibati tənbeh vermə haqqında qərar qəbul edərək 700 (yeddi yüz) manat miqdarında şirkəti cərimə etmişlər. Araşdırma zamanı hesablarında qeyd olunan müddətdə sərəncam olduğunu sübut edən bank sənədlərini təqdim etsələr də əsassız qərar qəbul olunmasının şahidi olmuşlar. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin onun barəsində çıxardığı 23 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi R.X.Əbilov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi A.B.Əliyev şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və AR ƏƏSMN yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 23 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin direktoru X6 tərəfindən X3 əmək müqaviləsinə xitam verilən zaman işçinin son hesabı hesablanarkən qanun pozuntusuna yol verdildiyi üçün həmin MMC-nin direktoru X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. “xxxx” MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin 23 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar