Məhkəmə qərarları › İş №3(004)-1072/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1072/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1072/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 40 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Nəsimi rayonu, Azadlıq prospekti, Ş.Əzizbəyov küçəsində sürücü avtomobilin içərisində olarkən, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Xan Şuşinski küçəsində, xx.xx.2022-ci il tarixində Yasamal rayonu Ş.Mehdiyev küçəsində olarkən özüdə başqa bir hüquqi şəxsə məxsus olduğu vaxt müəyyən edilməsi daha sonra üzərindən təxminən 1 il müddət keçdikdən sonra başqa bir şəxsə tərtib edilməsi qanuna zidd haldır. Həmin inzibati xətanın 90-AH- 530 saylı avtomobil ilə törədildiyi qeyd edilmiş və inzibati xəta olaraq 346.2-cı maddənin tələblərinin pozulması qeyd edilmişdir. Avtomobilin mülkiyyətçisi Qarant audit mühasibat konsaltinq MMC olan dövrdə şəkillər çəkildiyi və asanpayda 2022-ci ilin yanvar ayına aid olduğu müəyyən edilmişdir xx.xx.2023-cü ii tarixində 3 cərimə qərarı email ilə ona göndərilmişdir. BNA-nın istinad etdiyi AR-sı İXM-nin 124-cü maddəsinin adından da görünür ki, hazırki icraatda inzibati xəta hadisəsi BNA-nın səlahiyyətli vəzifəli şəxsi tərəfindən bilavasitə aşkar edilməlidir(bu həmin normanın imperativ qaydasıdır). BNA da ona ünvanlanan müraciəti diqqətlə araşdırılsaydı müəyyən edə bilərdi ki, həmin normada qeyd olunduğu kimi nəqliyyat vasitəsinin yanında deyil, hətta bilavasitə onun sükanı arxasındadır. Odur ki, İXM- in 124-cü maddəsinin əksinə olaraq heç bir səlahiyyətli vəzifəli şəxs nəqliyyat vasitəsinə yaxınlaşaraq hüquq pozuntusu qeydə almamışdır. Əgər BNA ******* saylı xx.xx.2023 Qərarlar İXM-in 122-ci maddəsi əsasında deyil, 124.5 və 124.6-cı maddələri əsasında tərtib edilmişdirsə, onda səlahiyyətli vəzifəli şəxs tərəfindən həmin normalarda qeyd olunan hər iki halın mövcudluğu müəyyən olunmalı və imtina cavabında da təqdim olunmalı idi. Lakin BNA bununla bağlı nəinki heç bir sübut təqdim etməyib, əksinə fotolardan da görünür ki, idarə etdiyi nəqliyyat vasitəsi birinci cərgədə dayanaraq heç bir yol hərəkəti iştirakçısına heç bir maneə törətmir, hətta törətsə belə BNA əməkdaşı yaxınlaşmır. Bundan əlavə İnternet vasitəsilə isə "Asanpay" elektron kabinetimə daxil olmuş inzibati xətanın fotolarından müəyyən oluna bilər ki, sükan arxasındadır. Bu da o deməkdir ki, hətta BNA-nın vəzifəli şəxsi nəqliyyat vasitəsinə yaxınlaşmış olsaydı belə inzibati xəta inzibati tənbeh tətbiq edə bilməzdi. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, cərimə məbləğinin xitam edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Qərarda ümumiyyətlə X1 törətməsi ehtimal edilən hadisə, inzibati xətanın mahiyyəti göstərilməmişdir, həmçinin şəxsin hansı əməlinin İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tərkibini yaratdığı göstərilməmişdir. Qərarda sadəcə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Lakin həmin maddədə bir neçə pozuntu əlamətləri, əməllər, yəni inzibati məsuliyyətə səbəb ola biləcək bir neçə əlamətlər və hallar (dispozitiv əlamətlər) müəyyən edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Belə olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İnzibati Xətalar Məcəlləsinin 53.0.3-cü maddəsinə əsasən şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X2 tərəfindən verilmiş şikayət təmin olunaraq, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında qərarı iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi əsası ilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin olunsun. X2 barəsində Bakı Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar