Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1072/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, X5 tərəfindən barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 18 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin polis polkovnik leytenantı X7 tərəfindən onun barəsində qəbul edilmiş 18 mart 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayət ərizəsini və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X5 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN BDYPİ-yə və şikayətçiyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişlər və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırkı şikayət və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 18 mart 2023-cü il tarixdə qəbul edilmişdir. X2 ünvanlandığı şikayətdə Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmişdir, baxmayaraq ki, o, ərizəsində qərarın ona xx.xx.2024-cü il tarixdə təqdim edilməsini qeyd etsə də sübut təqdim etməmiş, məhkəmə iclasında isə iştirak etməmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X10 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, eyni zamanda barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə inzibati xətanın törədildiyi yer və ya vəsatəti əsasında yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş 18 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Şikayət ərizəsinin nəticə hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1072/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1072/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver