Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1076/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, X2 DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21.05.2019-cu il tarixli, 12.06.2019-cu il tarixli, 11 iyul 2019-cu il tarixli, 10.08.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli, 30.09.2019cu il tarixli, 02.04.2019-cu il tarixli, 02.05.2019-cu il tarixli, 23.05.2019-cu il tarixli, 20.06.2019-cu il tarixli, 24.07.2019-cuil tarixli, 08.09.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli qərarlarının ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21.05.2019-cu il tarixli, 12.06.2019-cu il tarixli, 11 iyul 2019-cu il tarixli, 10.08.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli, 30.09.2019cu il tarixli, 02.04.2019-cu il tarixli, 02.05.2019-cu il tarixli, 23.05.2019-cu il tarixli, 20.06.2019-cu il tarixli, 24.07.2019-cuil tarixli, 08.09.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21.05.2019-cu il tarixli, 12.06.2019-cu il tarixli, 11 iyul 2019-cu il tarixli, 10.08.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Eyni zamanda DİN Baş Dövlət Yol Polisi İdarəsinin 02.04.2019-cu il tarixli, 02.05.2019-cu il tarixli, 23.05.2019-cu il tarixli, 20.06.2019-cu il tarixli, 24.07.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli, 30.09.2019cu il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd olunan qərarlardan onun xəbəri olmamışdır. Bununla bağlı ona heç bir bildiriş və sms gəlməmişdir. Nəticədə yuxarıda qeyd olunan cərimələrə əlavə faizlər hesablanmış və cərimə məbləği 1100 manata qədər yüksəlmişdir. Cərimələrdən avtomobili texniki baxışdan keçirmək istəyəndə xəbərdar olmuşdur. Cərimə məbləği çox yüksək olduğundan ödəmək imkanım olmadığından avtomobili texniki baxışdan keçirmək və eyni zamanda icbari sığorta etdirmək mümkün olmamışdır. Qeyd edilməsi zəruridir ki, inzibati tənbeh tətbiq etmək barədə qərar qəbul edilərkən ona məlumat verilməli olduğu halda verilməmişdir. Məhz inzibati orqanın təqsirindən əlavə faizlər yığılmış, nəticədə böyük məbləğdə cərimə hesablanmışdır. Məhkəmə iclasında şikayətçi X3 verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 3(103)-144/2022 nömrəli 19.01.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsində göstərilən və imperativ qaydada həll edilməli məsələlərə qiymət verilmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 3(004)- 794/2021 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, şikayətə baxmağa hazırlıq mərhələsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.Abbasov barəsində ayrı –ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilməsinə baxmayaraq işə əvvəllər baxan birinci instansiya məhkəməsi şəxs barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməli olmasına və hər bir qərardan verilmiş şikayətə baxılaraq yekun qərar çıxarılmalı olmasına diqqət yetirilmədiyini və nəticədə yalnış qərar qəbul edildiyi bildirilmişdir. Həmçinin həmin qərarında Apelyasiya məhkəməsi heab etmişdir ki, 12 qərara bir icraatda baxaraq qiymət verilməsi inzibati qanunvericiliyin tələblərinə uyğun olmamışdır.Odur ki, göstərilən halların araşdırılaraq yenidən hüquqi qiymət verilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması halını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.Abbasov barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi üçün həmin şəxs birinci instansiya məhkəməsinə barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. İş materiallarında göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X2 DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21.05.2019-cu il tarixli, 12.06.2019-cu il tarixli, 11 iyul 2019-cu il tarixli, 10.08.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli, 30.09.2019cu il tarixli, 02.04.2019-cu il tarixli, 02.05.2019-cu il tarixli, 23.05.2019-cu il tarixli, 20.06.2019-cu il tarixli, 24.07.2019-cuil tarixli, 08.09.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli qərarlarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1076/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1076/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver