Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1078/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakışəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnaməüzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-ninAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakışəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxxx 2020-ci il tarixli, AP seriyalı0123173 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “Nissan Qashqai” (minik) markalı, 10PR646 dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs MMC-yəməhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş vətərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan RespublikasıİXM-nin 64.3cümaddəsinəəsasəninzibati xəta haqqında işəbarəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Bakışəhəri Yasamal RPİ-nin DYPŞ-nin etibarnaməüzrə nümayəndəsi X4 protokolu müdafiə edərək Şəxs MMC barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan RespublikasıİXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkib əlamətləri olmadığından işüzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakışəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMCyəünvanladığı sorğu məzmunlublanksız, qeydiyyat nömrəsi və tarixi olmayan məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:58-də cəmiyyətin mülkiyyətində(istifadəsində) olan“Nissan Qashqai” (minik) markalı, **-PR-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan RespublikasıİXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmişsürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin sorğuya hansı idarəyə və ya ünvana cavablandırılması, onun tərtib edildiyi tarix və qeydiyyat nömrəsi, o cümlədən haqqında sorğu verilmiş sürücü barəsində hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməsi bəlli deyildir və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş qurum tərəfindən həmin sənədin mötəbərliliyinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmişhüquqi şəxsəgöndərilməsi iddia edilən sözügedən blanksız, tarixi və qeydiyyat nömrəsi bəlli olmayan, dolayısı iləİXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq vəətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq vəətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətəünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranmasıüçün əsas rolunu oynaya bilməz. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS608803968AZ” ştrix kodlu xəbərnamədən isəgörünür ki, onun üzərindəyalnız Şəxs, 10PR646 məzmunlu qeydlər edilmiş,3 ədəd yəni,xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli poçt ştampları həkk edilmişdir. Xəbərnamədəki qeydəəsasən sorğu xx.xx.2020-ci il tarixdəünvan sahibinəçatdırılmış və “Zəkiyev Ceyhun” adlı naməlum şəxs tərəfindən imza olunmaqla qəbul edilmiş, lakin həmin şəxsin barəsində protokol tərtib edilmiş hüquqi şəxslə nə kimi bağlılığın olması qeyd edilməmişdir. Bundan başqa xəbərnamədən onun hansı poçt göndərişinə aid olması, yəni sorğunun tarixi və qeydiyyat nömrəsi məlum olmadığından hansı sorğunun ünvana çatdırılması bəlli deyildir. Məhkəmə baxışı zamanı Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusu və “SS608803968AZ” ştrix kodlu xəbərnamə müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, səlahiyyətli qurumun müvafiq sorğusu barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin hüquqi ünvanına deyil, yalnış olaraq həmin hüquqi şəxslə hər hansı bir hüquqi bağlılığı olmayan Yasamal rayonu Y.Yasamal-1 ev 10 mənzil 181 ünvanına göndərilmişdir.Halbuki, iş materiallarında olan Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan X2 “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxŞəxs MMC-nin hüquqi ünvanı Bakışəhəri Yasamal rayonu X5 küçəsi ev 15K-dır. Göründüyü kimi, səlahiyyətli qurumun müvafiq sorğusu barəsində protokol tərtib edilmiş hüquqi şəxsin ünvanına deyil, onunla hər hansı bir hüquqi bağlılığı olmayan səhv ünvana göndərilmişdir. Bundan başqa xəbərnamə üzərindəki “SS608803968AZ” nömrəli poçtun göndərilməsinin ştrix kodu “xxxxxxxx" MMC-nin“http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğunun ünvan sahibinəçatdırılması barədə məlumat tapılmamışdır. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yəünvanlanmış sorğuya daxil olmuş xx xxxx 2020-ci il tarixli PƏŞ-4-11-1-17/2758 nömrəli cavab məktubundan müəyyən edilir ki, məhkəmənin sorğusu əsasında aparılan araşdırma zamanı “SS608803968AZ” saylıştrix kodlu sifarişli məktubun xx xxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul edilməsi, xx xxxx 2020-ci il tarixdə xidmət ərazisi üzrə 12 saylı PŞ-yə daxil olması, lakin alıcının ünvanı tapılmadığıüçün mövcud qaydaların tələblərinə uyğun olaraq məktubun xx xxxx 2020-ci il tarixdə göndəriciyə, yəni ünvan sahibinəçatdırılmadan Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılması aşkar olunmuşdur. Göründüyü kimi, Yasamal RPİ-nin DYPŞ-nin “SS608803968AZ” ştrix kodlu sifarişli-xəbərnaməli məktubu ünvan sahibinəçatdırılmamış və göndəriciyə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məktubun hüquqi şəxsin “Zəkiyev Ceyhun”adlışəxs tərəfindən qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş qurum tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan RespublikasıİXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinəəsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailəüzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmişşəxs qəbzdə və ya sənədin kötüyündəöz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.57.5-ci maddəyəəsasən inzibati xəta haqqında işüzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinəşəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isəünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailəüzvlərindən birinəşəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərlə yanaşı iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan RespublikasıİXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, hazırki işin hallarından müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində (istifadəsində) olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə olunmasıüçün Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusu hüquqi şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırılmamışdır. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsindəşübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinəəsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında işüzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı işüzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində xx xxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokolüzrəAzərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətindəqərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1078/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1078/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver