Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1081/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X4 və Zərərçəkmiş şəxs2 MMCnin nümayəndəsi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X15” MMC-nin direktoru Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan “X15” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 Bakı Kommersiya Məhkəməsinin tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli e-2-2(113)-2871/2021 saylı və 17 noyabr 2022-ci il tarixli e-2-2(113)-4269/2022 saylı icra sənədlərinin icrası ilə bağlı borclu “X15” MMC-nin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. 21 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, borclu Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-2871/2021 saylı və 17 noyabr 2022-ci il tarixli e-2-2(113)-4269/2022 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-2871/2021 saylı icra sənədinə əsasən 1850 manat məbləğində pul “X15” MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul “X15” MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata 20 oktyabr 2021-ci il tarixli qərarla başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2-2(113)- 4269/2022 saylı icra sənədinə əsasən cavabdeh “X15” MMC-dən 3400 (üç min dörd yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat pul cavabdeh “X15” MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata 11 yanvar 2023cü il tarixli qərarla başlanılmışdır. Buna baxmayaraq, cavabdeh icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda cavabdeh icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən cavabdeh “X15” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X15” MMC-nin direktoru Şəxs izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-2871/2021 saylı və 17 noyabr 2022-ci il tarixli e-2- 2(113)-4269/2022 saylı qərarlarından məlumatlıdır. Hazırda həmin qərarlar üzrə borclu “X15” MMC-nin direktoru o deyildir. 10 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmiyyət X1. Ona görə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 MMC və Zərərçəkmiş şəxs2 MMC tərəfindən irəli sürülən tələblər və icra məmuru tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Göstərilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil “X15” MMC-nin direktoru Şəxs inzibati xətanın subyekti olmaması səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X15” MMC tərəfindən hüquqlarını təmsil etdiyi cəmiyyətə 1870 manat məbləğində vəsaitin ödənilməli olduğunu bildirmişdir. Həmin borcu tam şəkildə tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X15” MMC tərəfindən hüquqlarını təmsil etdiyi cəmiyyətə 3500 manat məbləğində vəsaitin ödənilməli olduğunu bildirmişdir. Həmin borcu tam şəkildə tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun nümayəndəsinin və tələbkarların izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X15” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-2871/2021 saylı icra sənədinə əsasən 1850 manat məbləğində pul “X15” MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul “X15” MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata 20 oktyabr 2021-ci il tarixdə başlanılmış və həmin tarixdə borclu “X15” MMC-nin direktoru Şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-2871/2021 nömrəli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2-2(113)-4269/2022 nömrəli icra sənədinə əsasən cavabdeh “X15” MMC-dən 3400 (üç min dörd yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat pul cavabdeh “X15” MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata 11 yanvar 2023-cü il tarixdə başlanılmış və həmin tarixdə borclu “X15” MMC-nin direktoru Şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2-2(113)- 4269/2022 nömrəli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, “X15” MMC üzrə təsisçi və tam pay sahibi Şəxsdur. 10 dekabr 2023-cü il tarixli Təsis payının alqı-satqısı müqaviləsinə əsasən Şəxs “X15” MMC üzrə malik olduğu yüz faiz payı X2. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, borclu “X15” MMC-nin təsisçisi və əvvəlki qanuni təmsilçisi Şəxs icra vərəqələri üzrə göstərilən cəmiyyətlə hazırda hər hansı bağlılığı olmadığından Şəxs öhdəliklərin icrası tələb edilə bilməz. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu “X15” MMC-nin direktoru Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-2871/2021 saylı və 17 noyabr 2022-ci il tarixli e-2-2(113)-4269/2022 saylı icra sənədlərinin icra edilməməsi ilə bağlı “X15” MMC-nin direktoru Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X15” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 21 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1081/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1081/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver