Məhkəmə qərarları › İş №3(004)-1082/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1082/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1082/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X19 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnin sahə inspektoru, polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixində Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Arduşlu Ə/D, Arduşlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Mətbuat prospektində saat 23:35 radələrində Yasamal RPİ DYPŞ-nin əməkdaşlarına qarşı xırda xuliqanlıq və tabesizlik göstərmişdir. Aparılmış araşdırma zamanı xx.xx.2025-ci il tarixdə saat 23:35-də Bəhram Teymurzadənin icarə əsasında idarə etdiyi “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobili idarə edən Yapon Azər oğlunu Yasamal RPİ-nin DYPŞ-nin YPX-nin 284 çağırışlı avtopatrulunda xidmət aparan YPX-nin baş inspektoru, polis baş leytenantı X4 və YPX-nin inspektoru, polis baş serjantı X1 avtomobili saxla əmrini icra etdikdən sonra sərxoş olduğu halda sərxoşluq hallarının müəyyən edilməsindən imtina etmiş, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, xidmətdə olan YPX əməkdaşlarına müqavimət göstərməyə çalışmış, üzərində gəzdirdiyi bıçaqla hadisə yerində bir neçə dəfə özünə xəsarət yetirmiş, onunla birlikdə idarə etdiyi avtomobildə olan tanışları Şəxs, X8 və X6 da avtomobildən düşərək YPX-i əməkdaşlarına yaxınlaşaraq özlərini qeyri səmimi apraraq, ictimai qaydanın kobud şəkildə pozulmasına yol verən hərəkətlər etməklə Yapon Hacıyevi hadisə yerindən sərxoş vəziyyətdə təkrarən idarə etdiyi “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobilə əyləşdirib polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Aparılmış araşdırma zamanı həmin şəxslərin kimliyi müəyyən olunaraq vətəndaş X9 özünə bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı olaraq xx.xx.2025-ci il tarixdə 03:30 radələrində Yasamal RPİ-nin 28-ci PŞ-nə saxlanılaraq gətirilmişdir, həmin şəxslərdən biri də xx.xx.2003-cü il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X7 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə axşam saat 21:00-21:30 radələrində dostları ilə birlikdə “Liman pub” adlanan restoranda yeyib içdikdən sonra avtomobilə əyləşmişlər. X3 bildirmişdir ki, avtomobili özü idarə edəcək. Onlar yola düşdükdən bir müddət sonra yolda təxminən saat 12:00-00:30 radələrində Yol patrul xidmətinin əməkdaşları onların olduğu maşını saxlamışlar. Y.Hacıyev avtomobildən düşərək yol polisinin maşınına yaxınlaşmış və maşına əyləşərək bir müddət söhbət etmişdir. Y.Hacıyev polisin avtomobilindən düşdükdən sonra o və digər iki dostu əyləşdikləri avtomobildən düşərək ona yaxınlaşmışlar və həmin anda Y.Hacıyevin özünə bıçaqla xəsarət yetirdiyini görmüşlər. Daha sonra onlar Y.Hacıyevi maşına əyləşdirərək yaxınlıqdakı xəstəxanaya aparmışlar. Bir neçə saat orada gözlədikdən sonra polis əməkdaşları təxmini saat 04:00 radələrində onu tutaraq bölməyə gətirmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur və ictimai qaydanı pozmamışdır. O, hər hansı nalayiq ifadələrdən istifadə etməmişdir, əgər bununla bağlı sübutlar mövcuddursa məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, o, polis əməkdaşları tərəfində xx.xx.2025-ci il tarixdə təxmini saat 04:00-da tutulduqdan sonra xx.xx.2025-ci il tarixdə saat 03:30 radələrində azad edilmişdir və evə getdikdən sonra həmin gün 09:00 radələrində yenidən polis şöbəsinə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında” 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Şəxs, X8 və X2 barələrində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilməsi və barələrində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qəbul edilmiş qərarın sürətinin Yasamal RPİ-nin 28-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 04:00-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Həmin Məcəllənin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulan əməli törətməsi şəxsin özünün etirafı, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs, səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il saat 04:00-dan xx.xx.2025-ci il saat 03:30-dək tutulduğu ümumilikdə 02 gün müddət ona təyin ediləcək inzibati həbs növündə cəzasında çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, xx.xx.2025-ci il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 04:00-dan xx.xx.2025-ci il saat 03:30-dək tutulduğu 02 gün müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 13 (on üç) gün inzibati həbs cəzası saxlanılsın. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 09:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar