Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1083/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 28-cu PŞnin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəlilabad rayonu, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 30 a, mənzil 15-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis bölməsindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol və ona əlavə olunmuş materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etməsi, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 28-cu PŞ-nin sahə inspektoru X5 protokolla eyni məzmunlu izahat verməklə bildirdi ki, X10, X6, Şəxs və X7 xx.xx.2025-ci il tarixdə saat 23:35-də Bəhram Teymurzadənin icarə əsasında idarə etdiyi “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobili idarə edən X1 RPl-nin DYPŞ-nin YPX-nin 284 çağırışlı avtopatrulunda xidmət aparan YPX-nin baş inspektoru, polis baş leytenantı X4 və YPX- nin inspektoru, polis baş serjantı X3 avtomobili saxla əmrini icra etdikdən sonra sərxoş olduğu halda sərxoşluq hallarının müəyyən edilməsindən imtina etmiş, YPX-İ əməkdaşlarının qanuni tələblərinə tabe olmamış,- xidmətdə olan YPX-İ əməkdaşlarına müqavimət göstərməyə çalışmış, üzərində gəzdirdiyi bıçaqla hadisə yerində bir neçə dəfə özünə xəsarət yetirmiş, onunla birlikdə idarə etdiyi avtomobildə olan tanışları X6, Şəxs və X7 da avtomobildən düşərək YPX-i əməkdaşlarına yaxınlaşaraq özlərini qeyri səmimi apararaq, ictimai qaydanın kobud sürətdə pozulmasına yol verən hərəkətlər etməklə Yapon Hacıyevi hadisə yerindən sərxoş vəziyyətdə təkrarən idarə etdiyi "BYD" markalı, **-UD-*** d.q.n-lı avtomobilə əyləşdirib polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Həmin hərəkətləri ilə X6, Şəxs və X7 Azərbaycan Respublikası İXM-nin 510-çu və 535- ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdirlər. 23 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsilə bağlı qərar qəbul olunmuşdur. Həmin halı təsdiq edən görüntü də mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 fevral 2025-ci il tarixdə tanışları Emil Cabbarov, Yapon Hacıyev və Bəhram Teymurzadə ilə birlikdə Yasamal rayonunda yerləşən “Liman Pub” restoranına getmişlər. Hamısı restoranda yemək yeyib spirtli içki qəbul etmişlər. Dördü birlikdə B.Teymurzadənin icarə əsasında idarə etdiyi “BYD” markalı, **-UD-*** d.q.n-lı avtomobillə getmişdirlər. Sərxoş olduqdan sonra ayıq sürücü xidmətinə, müraciət etsələr də, hava şəraiti ilə əlaqədar sürücü gəlməmişdir. Həmin gün saat 24 radələrində restorandan çıxmışlar və Yapon Hacıyev bildirib ki, avtomobili özü idarə edəcəkdir, heç bir problem yoxdur. Yapon Hacıyev və üçü onun avtomobilinə əyləşmişlər. Yapon Hacıyev avtomobili “Elmlər Akademiyası" metrostansiyasının qarşısından idarə edib Yasamal rayonu, Mətbuat prospektinə çıxmışdır. Yasamal rayonu, Mətbuat prospekti ilə hərəkətdə olarkən Yasämal qəbirstanlığının girişinin qarşısında Yol Patrul Xidmətinin əməkdaşları xidməti avtomobillə onlara avtomobili saxlamaq əmri vermişlər. Yapon da avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Yapon onlara düşməməklərni və şəhid ailəsi olduğunu deyərək heç bir problem olmayacağını demiş və özü maşından düşüb getmişdir. Yapon Hacıyev 3-4 dəqiqə onların arxasında olan YPX avtomobilindəki inspektorla söhbət etmişdir. Sonra Emil və onlar avtomobildən düşmüşlər və YPX avtomobilinə doğru getmişlər. Həmin vaxt Yapon YPX avtomobilinin qabaq sərnişin oturacağından düşmüşdür. O və dostu avtomobildən düşəndə Emil gedib Yaponu avtomobilə gətirmişdir. Dördü də avtomobilə əyləşmişlər. Yapon yenə də avtomobili idarə etməyə başlamışdır. Yapon-avtomobili idarə etdi və hadisənin baş verdiyi yerdən təxminən 01 kilometr uzaqlaşmışdır.Yolda olarkən Yapon onlara deyib ki, bayaq YPX əməkdaşları ilə mübahisə edən zaman üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetiribdir, halı yaxşı deyidir. Ona avtomobili saxlamasını demişlər. Yapon da avtomobili yolun sağ kənarına doğru çəkib yolun kənarında saxlamışdır. Yapon deyib ki, nəfəs .ala bilmir, özünə xəsarət yetiribdir. Emil maşından düşmüş və qarşı tərəfdə olan tanış avtomobilə yaxınlaşıb Yaponu xəsarət aldığı üçün onu xəstəxanaya aparmasını xahiş etmişdir. Sonra Yapon və Emil maşından düşüb qarşıda olan digər avtomobilə minib xəstəxanaya getmişlər. Ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, inzibati xəta törətmiş şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element- obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh növünün tətbiqinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının, o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları, o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. İş materiallarından, hadisənin görüntüsünü əks etdirən videoçəkiliş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı və ictimai asayişi pozmamış, inzibati xəta törətməmiş və digər hüquqpozmalara yol verməmiş, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin, ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. İşdəki sübutlarla onun həmin vaxt xırda xuliqanlıq etməsi, həmçinin, polis əməkdaşlarının ona hansı qanuni tələblər irəli sürməsi və Şəxs hansı hərəkətləri ilə onların bu qanuni tələblərinə qəsdən tabe olmaması, bu qəsdin nədə ifadə olunması müəyyən olunmamışdır. Şəxs hərəkətlərinin xırda xuliqanlıq etməsi, həmçinin polisin qanuni tələblərinə tabe olmamasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi, həmçinin obyektiv tərəfin vacib elementi kimi polis işçisinin tələblərinin qanuni olması halı mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində xırda xuliqanlıq etməsi, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məjəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-1083/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1083/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver