Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1084/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 fevral 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokol və ona əlavə edilmiş material məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, eyni şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş eyni tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə daxil olmuş, həmin iş 3(004)-1083/2022 nömrə ilə qeydiyyata alınmışdır. 3(004)-1083/2022 nömrəli inzibati iş üzrə məhkəmə iclası 22 fevral 2022-ci il tarixə saat 14:20-ə təyin edilmişdir. Məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında Şəxs barəsində olan 3(004)-1083/2022 nömrəli və 3(004)-1084/2022 nömrəli inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş 22 fevral 2022-ci il tarixli İXP seriyalı ******* saylı və Bakı şəhəri Yasamal Rayonu 29-cu polis şöbəsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli MN seriyalı ******* saylı protokollar üzrə başlanılmış inzibati xəta haqqında işlər üzrə icraat 3(004)-1083/2022 nömrə altında davam etdirilib baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası 34, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yasamal Rayon Məhkəməsinin icraatında olan 3(004)-1083/2022 nömrəli inzibati xəta haqqında iş 3(004)-1084/2022 nömrəli inzibati xətaya dair işlə bir icraatda birləşdirilsin və inzibati işə baxılması 3(004)-1083/2022 nömrəli iş kimi davam etdirilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1084/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1084/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver