Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1089/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi, xx.xx.1991-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22.02.2022-ci il tarixdə saat 01:30 radələrində X3 ilə avtomobildə olarkən, X3 ilə avtomobildə olarkən, sonuncunun özünü şübhəli apardığı üçün onlardan şəxsiyyətləri barədə sənədlər soruşulmuş, həmin vaxtı X2 üzərində soyuq silah hesab edilən xəncər olduğu müəyyən edildiyindən, həmin şəxslər polis bölməsinə dəvət edilmiş, lakin Şəxs özünü polis əməkdaşına təqdim etməyib, polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istədikdə, o, polislərə şəxsiyyəti barədə sənəd verməkdən imtina etmiş, bundan sonra polislərdən qaçmağa cəhd edib, həmin yerdən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları bunun qarşısını almış və onu saxlamışlar, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ƏÇPA-nın əməkdaşları tərəfindən Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə gətirilmişlər. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən 22.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, X3 ilə birikdə avtomobildə olarkən polis əməkdaşları ona yaxınlaşmış və X2 üzərində xəncər olduğu üçün onları bölməyə dəvət etmişlər, lakin o heç bir pozuntu törətmədiyi üçün polislərlə birlikdə bölməyə etməkdən imtina etmiş, qaçmaq istəmiş və polislərlə mübahisəsi düşmüşdür, əsəbi olduğu üçün polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan onu bölməyə gətirmişlər. bölmədə də polislərin ünvanına nalayiq ifadələr işlətmişdir, bölmədə olarkən özünə xəsarət yetirmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Qərib Məmmədov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 22.02.2022-ci il tarixdə saat 01:30 radələrində X3 ilə avtomobildə olarkən, X3 ilə avtomobildə olarkən, sonuncunun özünü şübhəli apardığı üçün onlardan şəxsiyyətləri barədə sənədlər soruşulmuş, həmin vaxtı X2 üzərində soyuq silah hesab edilən xəncər olduğu müəyyən edildiyindən, həmin şəxslər polis bölməsinə dəvət edilmiş, lakin Şəxs özünü polis əməkdaşına təqdim etməyib, polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istədikdə, o, polislərə şəxsiyyəti barədə sənəd verməkdən imtina etmiş, bundan sonra polislərdən qaçmağa cəhd edib, həmin yerdən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları bunun qarşısını almış və onu saxlamışlar, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ƏÇPA-nın əməkdaşları tərəfindən Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə gətirilmişlər. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ 29-cu PB-nin sahə inspektoru Q.Məmmədov tərəfindən tərtib edilmiş 22.02.2022-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 22.02.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 01:40 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə təqsirli bilinərək, 08 (səkkiz ) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 22.02.2022-ci il tarixindən, saat 01:40 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1089/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1089/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver