Məhkəmə qərarları › İş №3(004)-1089/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1089/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1089/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus “BMW” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobili H.Cavid küçəsində yol kənarında park edib saxlamışdır. Həmin küçədə qeydiyyat nişanı yadında qalmayan nəqliyyat vasitəsi mənim avtomobilinin yanından keçən zaman avtomobilinin arxa hissəsinə toxunmuş və avtomobilini zədələmişdir. Nəqliyyat vasitədən enərkən avtomobilinə böyük ziyan dəymədiyini və həmin şəxsin taksi sürücüsü olduğunu görüb ona heç bir irad bildirmədi. Həmin şəxs öz avtomobilinə əyləşmiş və yolunu davam etmişdir. Bir müddət keçdikdən sonra ona Yasamal rayon DYPŞ-nin əməkdaşı zəng edərək yolnəqliyyat hadisəsini törətdiyimə görə şöbəyə yaxınlaşmağını xahiş etdi. O, öz növbəsində şöbəyə yaxınlaşıb hadisə barədə ətraflı izahat verdi. xx.xx.2024-cü il tarixdə ona məlum oldu ki, Yasamal rayon DYPŞ tərəfindən barəsində İXM-nin 327.6 və 327.1-ci maddələri üzrə TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən o 100 manat məbləğində cərimə edilmiş. Hesab edir ki, qəbul edilmiş qərar əsassız və qanunsuzdur. İlk öncə bildirmək istəyir ki, inspektor tərəfindən ümumiyyətlə yol- nəqliyyat hadisəsi nəticəsində yol hərəkəti qaydalarını pozan şəxsin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparılmamışdır. Baxmayaraq ki, hadisə yerində kifayət qədər video müşaidə aparan kameralar mövcuddur. Bundan başqa, həmin yol-nəqliyyat hadisə nəticəsində onun hər hansı pozuntusu olmamış və ümumiyyətlə onun avtomobil hərəkətdə belə olmamışdır. İnspektor tərəfindən hər hansı araşdırma aparılmadan, ancaq qarşı tərəfin ilk olaraq şikayət verdiyini əsas gətirərək qanunsuz olaraq baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində inzibati xətanı törədən şəxs kimi tanınmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nspektoru X3 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X7 İXMin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar