Məhkəmə qərarları › İş №3(004)-1091/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1091/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1091/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsi tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsi tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 17 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus binada Yanğın-Texniki Müayinə aparılarkən X1 01-2001 bənd 3.1-3.12 pozulması müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsinin nümayəndəsi X8 öz izahatında bildirmişdir ki, Şəxs MMC X1 tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, protokolda qeyd edilən ünvanın onlara heç bir aidiyyatı yoxdu, həmin ünvan "xxxx" MTK məxsusdur. Yekun olaraq o məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib olunmuş protokol Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsinə geri qaytarılmalıdır. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin baş verdiyi ünvan ünvan 2ir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin dövlət reyestri üzrə axtarışın tikintisinə icazə verilmiş tikinti obyektlərinin siyahısından görünür ki, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllədə yerləşən tikinti obyektləri "xxxx" MTK-a məxsusdur. Bundan əlavə istismarına icazə verilmiş tikinti obyektlərinin siyahısından görünür ki, Bakı şəhəri Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti, 35D yerləşən tikinti obyekti "xxxx" MTK-a, Mətbuat prospekti 35E ünvanında yerləşən tikinti obyekti isə Şəxs MMC-ə məxsusdur. Beləliklə məhkəmə prosesində ünvan 3 ünvanında yerləşən tikinti obyektlərinin kimə məxsus olmasını müəyyən etmək mümkün deyildir. Belə ki, İXM-in 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, inzibati xəta haqqında protokol Şəxs MMC barəsində tərtib edilmiş və həmin hüquqi şəxsin barəsində İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokolda göstərilən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə ev 35 ünvanında yerləşən tikinti obyektinin kimə məxsus olması müəyyənləşdirilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadıqı üçün Şəxs MMC-nin barəsində İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsindən daxil olmuş 17 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar