Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1091/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X12 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X16, X2nun vəkili Vəkil iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023cü il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyevin inzibati tənbeh vermə haqqında 23 oktyabr 2023-cü il tarixli MN № ******* saylı qərarı ilə “V.Y.Axundov adma Elmi X14 İnstitutu” publik hüquqi şəxsin direktoru Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Mübahisələndirilən inzibati tənbeh vermə haqqında 23 oktyabr 2023-cü il tarixli MN № ******* saylı qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati icraat haqqında işə xitam verilməlidir. X13 müddətli əmək müqaviləsi ilə (üç aylıq) xx.xx.2023-cü il tarixdən “V.Y.Axundov adma Elmi X14 İnstitutu” publik hüquqi şəxsində hüquqşünas vəzifəsində işləmiş və xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 414 saylı əmrlə işdən azad olunmuşdur. Sevinc Məmmədovanın əmək kitabçası insan resursları şöbəsinin əməkdaşlarının səhlənkarlığından iki gün əvvəldən iş stolunun üstünə qoyulmuş və naməlum şəraətdə itmiş və ya kimsə tərəfindən götürülmüşdür. Ona əmək kitabçasının tapılmadığı halda dublikatının veriləcəyi bildirilsə də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinə şikayət etmişdir. İşinə məsuluyyətsiz yanaşaraq əmək intizamının pozulmasına yol verdiyinə görə insan resursları şöbəsinin müdürinə xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Sevinc Məmmədovanın əmək kitabçası dublikat olaraq bərpa olunmuş və ona verilmişdir. Bundan sonra onun iş yerinə qarşı heç bir tələbi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər İdarəsi tərəfindən araşdırma predmeti Sevinc Məmmədovanın əmək kitabçasının yoxa çıxması barədə ərizəsi olsa da sonda heç bir əsas olmadan V.Y.Axundov adma Elmi X14 İnstitutu” publik hüquqi şəxsin direktoru X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə cərimə olunmasına dair qərar qəbul edilmişdir. Yekun olaraq o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə olan 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2nun nümayəndəsi Vəkil şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, X5 haqq-hesabın edilməsi barədə institutun insan resursları şöbəsinin müdürü Aygül Quliyevaya müvafiq tapşırıq verilməsinə baxmayaraq onun tərəfindən direktorun göstərişi yerinə yetirilməmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X21 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmalıdır. Belə ki, X13 ilə sonuncu iş günü son haqq-hesab edilməmişdir. Məhkəmə tərəflərin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X4 barəsində tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında vətəndaş X8 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin son haqq-hesab Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati 700 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. İş materiallarına əlavə edilmiş S.Məmmədova tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “V.Y.Axundov adına X6 İnstitutu” X22 direktoru Adil Allahverdiyevə ünvanlanmış ərizədən görünür ki, 11 sentyabr 2023-cü il tarixdən öz xahişi ilə işdən çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “V.Y.Axundov adına X6 İnstitutu” X22 direktoru Adil Allahverdiyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 414 nömrəli əmrdən görünür ki, V.Y.Axundov adına X6 İnstitutunun Ümumi şöbəsinin hüquqşünası X13 ilə xx.xx.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) (tərəflərin birinin təşəbbüsü ilə) bəndinə əsasən 11.09 2023-cü il tarixindən xitam verilmiş və maliyyə şöbəsinə tapşırılmışdır ki, X8 xx.xx.2023-cü il tarixinə son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə (8) təqvim günü puləvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “V.Y.Axundov adına X6 İnstitutu” X22 direktoru Adil Allahverdiyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 474 nömrəli əmrdən görünür ki, V.Y.Axundov adına Elmi -X14 İnstitutunun İnsan resursları şöbəsinin müdiri X18 əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə, Azərbaycan Respublikası Əmək məcəlləsinin 10-cu maddəsinin b bəndinə əsasən əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə X15 AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən yazılı xəbərdarlıq edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X17 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “V.Y.Axundov adına X6 İnstitutu” X22 rəbhəri X4 barədə protokol tərtib edilmişdir ki, ondan ötəri ki, o həmin xəstəxanada hüquqşünas vəzifəsində çalışan X5 haqq-hesabın verilməsini qanunvericilikdə müyyən edilmiş müddət ərzində ödənilməsini təmin etməmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “V.Y.Axundov adına X6 İnstitutu” X22 direktoru Adil Allahverdiyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 414 nömrəli əmrdən görünür ki, X1 Sevinc Hüseyn qızının xx.xx.2023-cü il tarixinə son haqq hesabı ödənilməsini maliyyə şöbəsinə tapşırmıdır. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin olunsun. X4 barəsində qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1091/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1091/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver