Məhkəmə qərarları › İş №3(004)-1092/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1092/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1092/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X2, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-ci ilin fevral ayının 1-i təxminən saat 10:19 radələrində Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsindən N.Nərimanov dairəsinə tərəf gələrkən sol tərəfə baxdım. Aşağıdan Toyota markalı (prius) maşın gəlirdi. Aramızda 40-50 m məsafə var idi. Dairəyə daxil olanda qarşıdakı maşın dayandı və piyada keçidini buraxdı. Həmin toyota markalı (prius) maşın da gəldi arxada dayandı. Bu zaman o, 99YP455 Dövlət Nişanlı Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən saxlanılmışdır. Özünü YPX-nin inspektoru kimi təqdim edən baş serjant X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğunu bildirərək onun 80 manat məbləğində cərimə olunduğumu bildirdi. Bu ərazi onun qeydiyyatda olduğu və yaşadığı ərazidir. Bu yolu gündə neçə dəfə gedib gəlir. O heç bir qayda pozuntusu etmədiyini bildirsə də buna məhəl qoyulmış və barəsində əsassız olaraq xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasında nəqliyyat vasitələrinin sürücüləri tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Bakı şəhər DYPİ Yol patrul xidmətinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı aşağıda qeyd olunanlara əsasən ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərardan həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından İstifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayəti müdafiə edərək bildirmişdir ki, o demək olar ki, hər gün eyni yoldan istifadə edir və həmin yolda Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarında göstərilən inzibati xətanı törətmədiyini düşünür. Bununla bağlı həmin tarixdə qeydə alınmış video görüntüyə də baxış keçirmiş və həmin görüntüdə hər hansı bir yol hərəkəti qaydası pozması barədə sübut müəyyən olunmamışdır. Buna görə də mübahisələndirilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X5 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda hadisənin baş verməsini özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:19 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri Mikayıl Müşfiq 7, GPS: 40.36824132,49.82415473 ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (yol polisinin nümayəndəsi tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki “Toyota Prius” markalı, **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 10:19 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri Mikayıl Müşfiq 7, GPS: 40.36824132,49.82415473 ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında TP ******* saylı, xx.xx.2024-cü il inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan X6 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar