Məhkəmə qərarları › İş №3(004)-1093/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1093/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1093/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon DYPŞ polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2023 tarixində Xiyabani küçəsində yol hərəkəti qaydalarına riayət etmədiyinə görə qəza hadisəsi törətmişdir. Zərərçəkmiş şəxs o hadisə yerində olduğu müddətdə hadisə barədə a) Polisə və sığorta şirkətinə xəbər vermiş b) hadisəni telefonuna çəkmiş (video) c) onunla əlaqəni itirməməkdən ötrü onun mobil nömrəsinə zəng etmişdir (zəngin tarixi 27.12.23 saat 15:31). Həmin anda anası rəhmətə getdiyi üçün öncə qeyd etdiyi məqamlar yerinə yetirildikdən sonra (!) o hadisə yerini üzürlü səbəblə tərk etmişdir. Zərərçəkmişlə şifahi olaraq razılaşmışlar ki, 3-4 günə zəngləşərək məsələni həll edəcəklər. Məhz elə bu səbəbdən o öz nömrəsini ona vermiş və həmin adam da ona yerindəcə zəng etmişdir. Səhəri gün Yasamal Rayon Polis idarəsindən ona xəbər verilmişdir ki, guya o hadisə yerini tərk etmiş və bu səbəbdən izahat verilməsi üçün idarəyə çağırılırmışdır. İzahatında hər şey olduğu kimi qeyd etmişdir. Əlavə olaraq da, yazmışdır ki, hadisə həm kameralar altında, həm də ətrafdakı şahidlərin (avtoservis, kiçik dükanlar və s.) gözü qarşısında olmuşdur və burada qaçıb getməkdən heç bir söhbət gedə bilməz. Özünü Hüseyn kimi təqdim etmiş polis işçisi əvvəlcə ona demişdir ki, qarşı tərəflə razılaşarsınız, şikayət ərizəsini geri götürərsə, hadisə qəza kimi rəsmiləşdiləcək və sığorta yolu ilə həll olunacaq. 3 gün sonra isə zərərçəkmiş də, polis də məhz onun hadisə yerini məhz qaçıb getdiyini israr etmişlər. Fakt və sübutların olduğunu nə qədər dəlil olaraq gətirsə də, polisin iddiası o idi ki, hadisə yerində o 102-ə zəng edib xəbər vermədiyi üçün hadisə yerini tərk etmiş sayılır. Hərçənd Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunuda belə qeyd edilir: "7-1. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.". Hadisə zamanı da nə zərər çəkən oldu, nə də mübahisə. 12 fevral tarixində isə ona DİN tərəfindən AR İXM-in 327.6-cı və 327.1 maddəsinə əsasən 100 AZN məbləğində cərimə olunduğu barədə qərar mesajı gəlmişdir. Hesab edir ki, bu qərar tamamilə yalnış və polis tərəfindən qərəzli şəkildə qəbul edilmiş qərardır. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, baxmayaraq ki qarşı tərəf hələ də onun hadisə yerindən yayınmasından şikayətçidir, lakin o, hesab edir ki, öz telefon nömrəsini qarşı tərəfə təqdim etməklə hadisənin nəticələrindən yayınmaq niyyəti olmamışdır. Sadəcə olaraq anası ölüm döşəyində olduğundan polisin və sığorta əməkdaşlarının gəlməsini üzürlü səbələrdən gözləyə bilməyərək hadisə yerindən uzaqlaşmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon DYPŞ polis leytenantı X3 şikayətin əsassız olduğunu qeyd edərək, bildirmişdir ki, vətəndaş şikayət ərizəsi ilə müraciət edərək X2 idarə etdiyi “Honda CRV minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən uzaqlaşaraq yayınması barədə məlumat vermişdir. Hadisə yerinə yaxınlaşan zaman M.Seyidovun orada olmaması müəyyən olunmuşdur. Hazırda da həmin vətəndaş M.Seyidovdan şikayətçidir və onlar arasında barışıq əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçini və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 15:25-də “Honda CRV minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərədə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 15:25-də Məhəmməd Xiyabani küçəsində “Honda CRV minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı maddələrində nəzərədə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin Vİ-cı hissəsinə əsasən “dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Lakin Bakı şəhər X7 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, X4 “Kia Rio” markalı Az 90DH846 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yuxarıda qeyd edilən yol hərəkəti qaydalarının tələblərini pozmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, X2 yol nəqliyat hadisəsi baş vermiş ərazidən uzaqlaşması işin mübahisəsiz halıdır və bu hal iş materiallarına əsasən öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və onun həmin inzibati xətaları törətməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar