Məhkəmə qərarları › İş №3(004)-1094/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1094/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1094/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi "xxxx" MMC-nin direktoru X2 və onun vəkili və eyni zamanda nümayəndəsi “De Fendo” Vəkil bürosunun vəkili X6 Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin rəhbəri olaraq 2016-ci ildən fəaliyyət göstərir. Şirkətləri fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəmişdir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyətləri dövründə xeyli sayda işçiləri olmuşdur və onların da qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuşdur. Hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 2023-cü ilin sentyabr ayında X4 rəhbərlik etdiyi müəssisəyə müraciət edərək xahiş etdi ki, ona şərait yaradılsın ki, o müəssisədə ictimai əsaslarla təcrübə keçsin. Ona təxminən bir ay təcrübə keçməsinə şərait yaradılmışdır. 2023-cü ilin oktyabr ayından sonra X4 ilə hər hansı bir əlaqələri olmamışdır. Təxminən 2023-cü ilin dekabr ayında ona məlum olmuşdur ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət məktubu ünvanlamışdır. Həmin şikayət məktubunda güya o, müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuş və ona son haqq-hesab ödənilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı obyektiv araşdırma aparmadan 01 fevral 2024-cü il tarixdə MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən İnzibati Xəta haqqında protokol tərtib edərək 13 fevral 2024-cü il tarixdə xəbəri olmadan MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 4000 manat cərimə etmişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 13 fevral 2024-cü il tarixdə MN ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərarı qanunsuzdur və qəbul edilmiş cərimə Qərarı ləğv edilərək başlanmış inzibati icraata xitam verilməlidir. X1 şikayətində göstərmişdir ki, o güya həmin müəssisədə 2023-cü ilin sentyabr-oktyabr aylarında işləmişdir və ona son haqq-hesab ödənilməmişdir. Hesab edirlər ki, bu ağ yalandır və həqiqəti əks etdirmir. Belə ki, "xxxx" MMC uşaq bağçası kimi 7 ilə yaxındır ki, fəaliyyət göstərir və hər hansı bir işçinin əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işləməsi mümkün deyil. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi araşdırmanı obyektiv aparsaydı tam aydın olaraq görərdi ki, müəssisədə 10-dan artıq işçi vardır hansılarla ki əmək müqavilələri imzalanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatdan keçirilmişdir. Sözügedən həmin əməkdaşların müəssisədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədilməsinə heç bir lüzum yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 13 fevral 2024-cü il tarixli MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən İnzibati Tənbeh vermə haqqında Qərarın ləğv edilərək başlanmış inzibati icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" MMC-nin direktoru X5 və onun vəkili X9 şikayəti müdafiə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X13 bildirmişdir ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə məxsus "xxxx" körpələr evi – uşaq bağçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 13 fevral 2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə məxsus "xxxx" körpələr evi – uşaq bağçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X5, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 22 yanvar 2024-cü il tarixli 3-17-5/2-3748/2024 nömrəli bildirişindən görünür ki, "xxxx" MMC-nin direktoru X5 X1nın şikayətinin araşdırılması və inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi, bununla bağlı bütün subutları, izatlar və mülahizələri təqdim etməsi üçün 1 fevral 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 saylı Bakı DOST Mərkəzinə dvət olunmuşdur. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunan "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırova ünvanladığı 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, müvafiq iş təcrübəsi olmadığına görə, Firəngiz Əliyevaya “Uğur böcəyi" körplər evi uşaq bağçasında qeyd olunan peşə üzrə yalnız “sınaq müddətinə” işlə təmin oluna və işə düzəlmək üçün tələb olunan zəruri sənədləri təqdim etməsi izah olunmuşdur. Firəngiz Əliyevaya həmin dövr ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq rəsmi sənədləri təqdim etmədiyindən onunla hərhansı formada əmək müqaviləsi bağlanması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə ondan növbəti dəfə müvafiq sənədləri etməsi tələb olunduqda, o, bu peşədə çalışmaq arzusunda olmadığını və öz istəyi ilə ayrılacağını bildirmişdir. Firəngiz Əliyeva işlədiyi qısa müddət ərzində öz işçi keyfiyyətlərini nümayiş etdirməmiş, peşənin mənimsənilməsinə səhlənkar yanaşmışdır. Göstərilənləri alaraq, Firəngiz Əliyevaya əmək haqqı tabel üzrə hesablanaraq 400 (dörd yüz) manat şəxsi bank kartına ödənilmiş və işdən kənarlaşdırılmışdır. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunan şəxsi bank hesabına pul köçürülməsi barədə qəbzlərin surətlərindən görünür ki, "xxxx" MMC-nin direktoru X5 tərəfindən X3 bank hesabına 50, 150 və 250 manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə məxsus "xxxx" körpələr evi – uşaq bağçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da "xxxx" MMC-nin direktoru X5 tərəfindən X4 əmək müqaviləsi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsnə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İXM-nin yuxarıda qeyd edilən maddəsinin məzmunundan göründüyü kimi məcəllənin bir sıra maddələrdə nəzərdə tutulmuş inzibati xətalar müvafiq qurumun informasiya sistemi vasitəsilə aşkar edildikdə şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib olunur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında inzibati protokol tərtib etmiş orqan Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin İXM-nin 127-4.1-ci maddəsndə nəzərdə tutulmuş icraatın aparılması ilə əlaqədar fəaliyyyəti həyata keçirmək məqsədi ilə yaradılmış müvafiq “Elektron informasiya sistemi”nin mövcudluğu, onun istifadə edilməsi, eyni zamanda inzibati xəta hadisəsinin baş verməsi ilə bağlı halların məhz həmin sistem vasitəsilə aşkar edilməsi ilə bağlı sübutlar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 13 fevral 2024cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar