Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1099/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X11 Şöbəsinin TP ******* saylı, 16.02.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Yasamal rayon X11 Şöbəsinin 16.02.2022-ci il tarixli. TP4855737 nömrəli qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə tənbeh tədbin tətbiq edilmişdir. Qərarı qanunsuz sayır. Belə ki, X6 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd olunan tələbləri pozulmuşdur. Yasamal rayon X3 tələbini pozaraq qərar qəbul edilməsi üçün potokolu rayon məhkəməsinə göndərməli olduğu halda, işi məhkəməyə göndərməmiş və səlahiyyətində olmayan məsələ ilə bağlı qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinin tələbinə görə bu məcəllənin 333-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə işlərə Rayon məhkəmələri baxır. İnzibati protokol düzgün tərtib edilməmişdir. Belə ki. protokolda inzibati xətanın aşkar olunduğu yer. xətanın aşkar edilməsində istifadə edilmiş xüsusi texniki vasitələrin göstəriciləri, tipi, markası, modeli, yerləşdiyi yer, dövlət yoxlamasından keçməsini təsdiq edən sənədin nömrəsi və tarixi göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbinə görə inzibati xətanın törədildiyi yer, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer. ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstənlməlidir. Protokolda xüsusi texniki vasitələr barədə məlumatların olmaması zəmin yaradır ki, sübutlar qanunun tələblən pozularaq eldə edilmişdir. Belə ki. inzibati xətanın aşkar olunmasında istifadə edilən xüsusi texniki vasitənin müvafiq sertifikatının olmaması və metroloji sınaqdan keçməməsi halı istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-cı maddəsində qeyd olunub ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 81.1-ci maddəsinin tələbinə görə- müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İnzibati tənbeh şəxsin əmlak vəziyyətinə uyğun deyil. Onlar məhkəmənin hansı nəticəyə gələcəyini bilmədiyi üçün bildirir ki, X6 hal-hazırda ailəli və işsiz olduğu üçün onun barəsində tətbiq edilən cərimə tənbeh növü onun əmlak vəziyyətinə uyğun deyil. İnzibatı xəta haqqında qərar ləğv edilməyəcəyi təqdirdə ona tətbiq edilmiş inzibati tənbehin cərimə nəzərdə tutulmayan inzibatı tənbeh ilə əvəzlənməsini xahiş edir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X11 Şöbəsinin TP ******* saylı, 16.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 25 yanvar 2022-ci il tarixdə saat 21:15 radələrində “Renault Megane minik” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Salamzadə küçəsinin kəsişməsində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə saxlanılarkən avtomobili sərxoş halda idarə etdiyi də müəyyən edildiyi üçün İXM-in 327.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Həmin qərar AP ******* saylı, 25.01.2022-ci il tarixli protokol əsasında çıxarılmışdır. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X11 Şöbəsinin TP ******* saylı, 16.02.2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1099/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1099/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver