Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-11/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X4 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus özəl klinikada 24.11.2020-ci il tarixdə saat 11:40-da plandankənar yoxlama keçirilərkən lisenziyadan kənar fizioterapiya işinin təşkil olunması aşkar olunmuşdur. Bununla da, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X11 izahatında göstərmişdir ki, 4 ədəd işlənmiş Fizioterapevtik aparat 30 illik təcrübəsi olan tibb bacısı X5 məxsusdur. Onun göstərişi ilə fizioteravtik kabinet ayrılıb, təmiri ücun işlərə başlanıb, tibb bacısının işə götürülməsi barədə müqavilə bağlanıb. 4 ədəd köhnə fizoterapevtik aparatların ölçmə vasitələrinin yoxlanması üçün Metrologiya İnstituna klinikanın məsul işçisi şifahi olaraq noyabr ayının əvvəli müraciət edib, yazılı olaraq isə 20 noyabr 2020-ci ildə özü müraciət edib. 2020-ci ilin noyabr ayında klinikada fizioterapevtik kabinet fəaliyyət göstərməyib, amma fəaliyyət göstərməsi ücün müvafiq idarədən tələb olunacaq sənədlərin alınması ücün tədbirlər görülüb. Həmin tibb müəssisəsinin gələcəkdə nəzərdə tutulacaq "Fizioterapiya" kabinetin açılması üçün otaqlarından birinə fiziopterapevtin özünə məxsus aparatları müqavilə əsasında yığmış və həmin "Fizioterapiya" kabinetinin qanunamüvafiq qaydada fəaliyyət göstərməsi üçün bəzi hüquqi sənədlərin yığılması istiqamətində işlər onun tərəfindən aparılıb, bununla bağlı müvafiq qanuni yazışmalar, sənədlər mövcuddur. Hazırda fəaliyyət göstərməyən həmin fizioterapiya otağında yığılmış 4 ədəd fizioterapevtik aparatların sertifikasiyadan keçirilməsi üçün Metreologiya institutuna müraciət etməyini bildirməyinə baxmayaraq Səhiyyə Nazirliyi Analitik X8 X3 üzrə iş şöbəsinin baş mütəxəssisi X6 rəhbərlik etdiyi klinikanı 24.11.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən qanunsuz olaraq ******* saylı "İnzibati Xəta haqqında Protokol" tərtib etmişdir. 2020-ci ilin noyabr ayının 2-dən bu gunə kimi təşkil olunacaq fizioterapevtik kabinetdə hec bir müalicə prosesləri aparılmamış və maliyyə əməliyyatı həyata keçirilməmişdir. Ekspertlər sadəcə olaraq gələcəkdə təşkil oluna biləcək kabinetdə köhnə, işlənmiş aparat görüblər. Fəaliyyətsiz kabinetdə yerləşdirilmiş aparatların görünməsi onların işlədilməsi anlamına gələ bilməz. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdə tibb müəssisəsinin "Fzioterapiya" kabinetində fizioterapevtik aparatların olduğu əks olunsa da, həmin fəaliyyətin və ya xidmətin göstərildiyini əks etdirən, yəni həmin fizioterapevtik aparatlar vasitəsi ilə hər hansı pasientə xidmətin göstərilməsinə dair faktı təsdiq edən hal müəyyən edilməmişdir. Buradan belə qənaətə gəlmək olur ki, sadəcə "Fzioterapiya" kabinetində fizioterapevtik aparatların olması və ya yerləşdirilməsi heç də həmin fizioterapevtik tibb fəaliyyətinin həyata keçirilməsi anlamına gəlməyə birmənalı şəkildə əsas vermir. Eyni zamanda, Şəxs MMC-yə məxsus özəl klinikada plandankənar yoxlama keçirilərkən lisenziyadan kənar fizioterapiya xidmətinin aparılması ilə əlaqədar mühasibat və ya tibb sənədləri (pasientlərə göstərilən xidmətin qarşılığında ödənilən pul məbləğlərini əks etdirən kassa çekləri, həmin fəaliyyətin aparılmasına dair və göstərilən xidmətləri əks etdirən jurnal və s.) aşkar edilməmişdir. Bundan başqa, iş materiallarında olan sənədlərə əsasən, Şəxs MMC-də gələcəkdə fəaliyyəti nəzərdə tutulan "Fzioterapiya" kabinetinin açılması və bu tibb fəaliyyətinə hazırlıq işlərinin görülməsi məqsədi ilə fiziopterapevtik aparatların quraşdırıldığı və "Fizioterapiya" kabinetinin qanunamüvafiq qaydada fəaliyyət göstərməsi üçün bəzi hüquqi sənədlərin yığılması istiqamətində işlərin görüldüyü müəyyən edilir. Şəxs MMC-nin direktoru X7 29 oktyabr 2020-ci il tarixli N 28 saylı əmrindən görünür ki, X10 02 noyabr 2020-ci il tarixdən fizioterapiya tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 02 noyabr 2020-ci il tarixdə tibb bacısı X10 və Şəxs MMC arasında bağlanmış Əmək müqaviləsinin 3.1-ci abzasının a) bəndində qeyd olunmuşdur ki: "Həkim tərəfindən təyin olunmuş fizioterapevtik prosedurların yerinə yetirilməsini (Fizioterapiya kabinetinin fəaliyyətinə rəy almandan sonra) işçi öhdəsinə götürür. Şəxs MMC-də tərtib olunmuş 02 noyabr 2020-ci il tarixli aktdan görünür ki, klinikaya fizioterapevtik prosedurların yerinə yetirilməsi üçün tibb bacısı vəzifəsinə qəbul edilmiş X2 öz şəxsi əmlakı olan UVÇ-66 və Soyuq Kvars fizioterapevtik avadanlıqlar klinikaya istismara qəbul edilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs tərəfindən Şəxs MMC- yə ünvanlanmış 21.12.2020-ci tarixli N2 Az Mİ-5/429 saylı məktundan görünür ki, Şəxs MMC tərəfindən 20.11.2020-ci tarixdə həmin quruma edilmiş müraciətə cavab olaraq 7 ədəd “Ölçmə vasitələrinin yoxlanılması haqqında” Şəhadətnamə, 2 ədəd “Pasport” və 2 ədəd “Sınaq avadanlıqlarının metroloji attestasiyası haqqında” attestat tərtib olunaraq Şəxs MMC-yə təqdim olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 3(004)-11/2021 nömrəli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 29.04.2021-ci il tarixli 3(103)-958/2021 nömrəli qərarına əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs MMC barəsində təqsirli bilindiyi əməlin törədilmə müddəti 24 noyabr 2020-ci il kimi protokolda göstərilmişdir. Belə olduğu təqdirdə əməl 24 noyabr 2020-ci il tarixdə törədilmiş hesab edilir və həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Şəxs MMC barəsində 24 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 21 may 2021-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, hazırki halda Şəxs MMC barəsində tərtib edilmiş protokolun sübutetmə yükü üzərində olan inzibati orqan tərəfindən əsaslı sübutlarla təsdiq edilməməsini nəzərə alaraq cəmiyyət barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından həmçinin həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 24 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-11/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-11/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver