Məhkəmə qərarları › İş №3(004)-11/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-11/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-11/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Xocavənd rayonu, Məmmədazar kəndində anadan olmuş, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 7-ci Alatava, 62 saylı binanın yaxınlığında yerləşən zibil kontenerlərinin yerləşdiyi yerin hasarını uçurdaraq X1 məxsus “Mercedes Benz E 220” markalı avtomobili zədələmiş, nəticədə 1500 manat dəyərində maddi ziyan vurmuşdur. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilib, məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024cü il tarixli qərara əsasən tərtib edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, göstərdi ki, o hazırda 19 saylı MKİS-də fəhlə vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Alatava ərazisində yerləşən zibil qablarını çəkərək altını təmizləmək istəmiş, bu zaman divar uçdu və “Mercedes” markalı nəqliyyat vasitəsinə ziyan dəydi. Onun məqsədi təmizlik işi görmək idi, qəsdən ziyan vurmaq niyyəti olmamışdır. Yekunda ona köməklik edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və zərərçəkimiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yasamal RPİ 29-cu PŞ-nin baş təhqiqatçısı Ruslan Əfəndiyevin qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə inzibati icraatın başlanılmasına əsas olan “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan hesablanmaqla hazırkı vaxtda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 3 aylıq müddət bitmişdir Belə ki, İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Belə olduğu təqdirdə “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərarın tarixindən hesablanmaqla artıq hazırkı vaxtda 03 aydan çox müddət keçmişdir. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan əlavə məhkəmə qeyd edir ki, şəxsin əməlində ümumiyyətlə təqsir yoxdur, onun təqsirli olaraq hər hansı hüquqa zidd hərəkətin törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İXM-in 53.1.6-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar