Məhkəmə qərarları › İş №3(004)-1103/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1103/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1103/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə şikayətçi X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi X4 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində saat 20:00 radələrində özünə məxsus olan **-XK-*** nörməli Toyota Camry markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən YPX əməkdaşları tərəfindən karantin rejiminə əməl edilməsinin yoxlanılması məqsədilə quraşdırılmış postda saxlanılmışdır. YPX əməkdaşları ondan sənədlərini istəmiş və karantin vaxtı hərəkət etmək üçün müvafiq icazəsinin olubolmadığını soruşmuşlar. O isə, müvafiq olaraq SOCAR-ın Karbamid zavodunda işlədiyini bildirmiş və bu faktı təsdiq edən arayış ilə yanaşı şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini YPX inspektoruna təqdim etmişdir. Sənədləri ona geri qaytarıldıqdan sonra o postdan uzaqlaşmış və təxminən yarım saat sonra ona www.asanpay.az portalından SMS ilə məlumat daxil olaraq, barəsində AR-in İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin pozulması ilə bağlı inzibati xəta haqqında İXP3177948 nömrəli protokol tərtib edilməsi bildirilmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixində eyni portaldan ona daha bir SMS göndərilərək, qeyd edilən inzibati protokol üzrə qərarın qüvvəyə mindiyi bildirilmişdir. xx.xx.2020-ci il tarixində isə sözügedən qərarın surəti poçt vasitəsilə ona çatdırılmışdır. Məlum olduğu kimi, AR-in Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 124 nömrəli Qərarının 1.1.8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (onun törəmə və birgə müəssisələrinin) əməkdaşlarının karantin dövründə iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilmişdir. Bununla əlaqədar olaraq, o da YPX inspektorlarına SOCAR-ın törəmə müəssisələrindən biri olan SOCAR-ın Karbamid zavodunda işləməyi haqqında arayışı təqdim etmişdir. Lakin, YPX inspektoru qanunvericiliyin tələblərinə zidd olaraq, onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. AR İXM-nin 130.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarın verildiyi vaxtdan on gün müddətində şikayət verilməsi hüququnun müəyyən edildiyini nəzərə alaraq, İXP3177948 nömrəli protokolun əsasında verilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin YPX inspektoru X2 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, “Toyota Camry” (minik) markalı **- XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx xxxxxx 1986-cı il təvəllüdlü X4 xx xxxxx 2020-ci il tarixdə saat 20:00-da Bakı şəhəri Ziya Bünyadov prospektində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov RPİ-nin DYPŞ-nin xidmət üzrə rəis müavini Habil Sadıqov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, xx.xx.1986-cı il təvəllüdlü X4 Azərbaycan Respublikasının İXM-nin 211ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli Məlumatına əsasən, xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə neft və qazın hasilatı, emalı, saxlanması və satışı, neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi üzrə əsas istehsalat sahələri ilə bağlı fəaliyyətin davam etdirilməsinə icazə verildiyini nəzərə alaraq, SOCAR-ın xx xxxx 2020-ci il tarixli SOCAR**********00040020A00064 nömrəli və SOCAR-ın Karbamid zavodunun xx xxxx 2020-ci il tarixli SOCAR**********00040020A00051 əmrlərinə uyğun olaraq, aşağıda qeyd olunan SOCAR-ın Karbamid Zavodunun işçisi X4 SOCAR-ın Karbamid Zavodunun işçisi əsas iş yerində əmək funksiyalarının icra edilməsi üçün cəlb edilmişdir. İstifadəsində olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi **-XK-***-dir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qərarın 1.1-ci bəndinə görə bir qrup şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. 1.1.8-ci bəndinə əsasən dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları 1 nömrəli əlavədə öz əksini tapmışdır. Həmin qərarın 1 nömrəli əlavəsində əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) öz əksini tapmışdır. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 şikayəti qismən təmin edilməli, Nərimanov rayon DYPŞ-nin YPX inspektoru X2 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Nərimanov RPİ-nin DYPŞ-nin xidmət üzrə rəis müavini Habil Sadıqov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. X4 barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar