Məhkəmə qərarları › İş №3(004)-1105/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1105/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1105/2022 23.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1972-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22 fevral 2022-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, Mirzə Fətəli 4 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün polis əməkdaşları ona yaxınlaşmış, özünü təqdim etməyi tələb etsələr də, o, özünü polis əməkdaşına təqdim etməyib, polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istədikdə, o, polislərə şəxsiyyəti barədə sənəd verməkdən imtina etmiş, bundan sonra polislərdən qaçmağa cəhd edib, həmin yerdən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları bunun qarşısını almış və onu saxlamışlar, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, bundan sonra polis əməkdaşları onu bölməyə gətirmişlər, bundan sonra narkotik vasitə istifadə edib-etməməsi yoxlanılması üçün müayinəyə aparmışlar, lakin tibbi müayinədən keçməkdən də imtina etmişdir, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən 22.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin həmin protokolda Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində də təqsirləndirilsə də, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, polis əməkdaşları ona yaxınlaşaraq qnonşuların şikayəti olduğu üçün onadan sənədlərini tələb etmişlər, o da polislərə bildirmişdir ki 3cü qrup əlildir, onun polislərlə mübahisəsi düşmüşdür, polislər onu incitdiyi üçün polislərin ünvanına nalayiq ifadələr işlətmişdir, polislər onu zorla bölməyə gətirmişlər. həmçinin narkotik vasitə istifadə edib-etməməsinin yoxlanılması üçün tibbi müayinəyə aparsalar da, müayinədən keçmək istəməmişdir. Arada spirtli içki içir. Narkotik vasitni isə arada bir istifadə edir, sonuncu dəfə 4-5 ay əvvəl istifadə etmişdir. polislər onu qanunsuz bölməyə gətirdikləri üçün, aralarında mübahisə düşmüşdür. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, qonşularının çoxsaylı şikayətləri olduğundan, həmçinin Şəxs 22 fevral 2022-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, Mirzə Fətəli 4 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün polis əməkdaşları ona yaxınlaşmış, özünü təqdim etməyi tələb etsələr də, o, özünü polis əməkdaşına təqdim etməyib, polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istədikdə, o, polislərə şəxsiyyəti barədə sənəd verməkdən imtina etmiş, bundan sonra polislərdən qaçmağa cəhd edib, həmin yerdən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları bunun qarşısını almış və onu saxlamışlar, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, bundan sonra polis əməkdaşları onu bölməyə gətirmişlər, bundan sonra narkotik vasitə istifadə edib-etməməsi yoxlanılması üçün müayinəyə aparmışlar, lakin tibbi müayinədən keçməkdən də imtina etmişdir, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Bakı şəhəri Narkoloji mərkəzin 23.02.2022-ci il tarixli, 752 saylı AKTına əsasən Şəxs müayinədən imtina etmişdir. İş materiallarındakı 22.02.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 17:20 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırkı protokolda Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inxibati xətanı törətməsi də qeyd edilsə də, məhkəmə iclasında onun həmin vasitələrdən istifadəsini təsdiq edən tibbi sənəd olmamış, həmçinin üzərində həmin maddə göstərilən hər hansı bir vasitənin olmasını təsdiq edəcək sübut mövcud olmamışdır. Həmçinin şəxsin narkotik və ya psixotrop maddə istifadə edib-etməməsinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməməsi, onun həmin vasitələrin istifadəsində təqsirli bilinməsinin sübut edən hal kimi qiymətləndirilə bilməz. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə təqsirli bilinərək, 08 gün (səkkiz gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni 22.02.2022-ci il tarixindən, saat 17:20 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26cı Polis Bölməsinə həvalə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatla bağlı hissəyə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar