Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1109/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Bakı şəhəri DYPİ-nin Yol Patrul Xidmətinin xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokoldan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin Yol Patrul Xidmətinin xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi Volkswagen Polo" markalı 90X0590 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə üzü Z.Bünyadov prospektinə doğru - körpü istiqamətində hərəkətdə olarkən, körpünün üzərində xüsusi karantin rejimi tələblərini yoxlayan DİN əməkdaşları tərəfindən qurulan posta çatmamış yaranan tıxacda avtomobili saxladığı zaman telefonuna zəng gəldikdə tıxac səbəbindən avtomobilin hərəkətsiz olmasını nəzərə alaraq telefona cavab vermişdi. Telefonla qısamüddətli danışığı bitirdikdən sonra hərəkət edərək qeyd edilən posta yaxınlaşmışdır və Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X1 ona etik davranış kodeksinə uyğun olmayaraq kobud formada müraciət etməklə karantin rejimi ilə əlaqədar evdən çıxması ilə bağlı icazə sənədinin olub-olmamasını soruşmuşdur. O ona icazə sənədini təqdim edib və X.Ağamalıyev həmin sənədi yoxlayaraq qanunauyğun olmasını müəyyən etdikdən sonra ona avtomobili idarə edərkən telefondan istifadə etdiyinə dair haqsız iradını bildirmişdir. F.F.Əliyev ona nəqliyyat vasitəsini idarə edərkən deyil, tıxacda avtomobil dayanan vəziyyətdə telefondan qısamüddətli istifadə etdiyini bildirsədə o, yenidən kobud formada ondan nəqliyyat vasitəsinə dair sənədləri tələb etmiş və heç bir əsas olmadan barəsində İXM-nin 342.6-cı maddəsi ilə qanunsuz olaraq İXP3213410 nömrəli protokol tərtib etmişdir. Protokolu tərtib edən şəxsə həmin vaxt protokolla razı olmadığını və məhkəməyə şikayət edəcəyini bildirmişdir. Həmin protokoldan xx.xx.2020-ci il tarixdə DİN-in internet portalı vasitəsi ilə elektron qaydada şikayət yazmışdır. xx.xx.2020-ci il tarixdə DİN-dən istifadə etdiyi mobil nömrəyə ünvanladığı müraciətin qeydiyyata alınmasına dair sms məlumat gəlmiş, lakin yazdığı şikayətin baxılması ilə əlaqədar hal-hazıradək ona hər hansı məlumat verilməmiş və bu barədə qərar ona göndərilməmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində protokoldan (inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə tərtib edilmiş protokollar istisna olmaqla) şikayət vermə qaydası müəyyən olunmadığından, həmin protokol üzrə qərar qəbul edildiyi halda məhkəməyə şikayət verməyi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixədək 'AsanPay' portalında İXP3213410 nömrəli protokolun qərarsız olduğu qeyd edilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə həmin portalda protokolu yoxladıqda öyrənmişdir ki, artıq həmin protokolla bağlı qərar qəbul edilmişdir. Belə ki, həmin gün DİN-dən istifadəsində olan mobil nömrəyə sms göndərilmiş və bildirilmişdir ki, İXP3213410 nömrəli protokol uzrə xx.xx.2020-ci il tarixdən etibarən icra qərarı qüvvəyə minib, ona həmin qərarla bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57- ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqmda iş üzrə qərardan şikayət verilə bilər. Məlum olduğu kimi inzibati xəta barəsində qərarlardan şikayət vermə müddəti 10 və ya digər hallarda 20 gün müəyyən edilmişdir. Odur ki, həmin qərar barəsində ona hər hansı məlumat daxil olmadığından və qərar ona göndərilmədiyindən şikayətlə məhkəməyə müraciət edərək həmən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi F.F.Əliyevə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə şikayətçi F.F.Əliyevin və protokolu tərtib etmiş səlahiyyətli organın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə verilmiş şikayətə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, vətəndaş F.F.Əliyevin şikayətindən görünür ki, o xx xxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi F.F.Əliyev xx xxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində «Volkswagen Polo» markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən karantin ilə əlagədar qurulan postda özünə məxsus telefonla danışarkən İXM-nin 342.6-ci maddəsinə əsasən düzgün olaraq təqsirli bilinərək cərimə edilmişdir.Belə ki, həmin maddənin dispoziyasında qeyd olunduğu kimi, xətta telefonu əldə saxlanilması inzibati xəta hesab olunur, şikayətçi isə sükan arxasında olarkən telefonundan istifadə etməsini özü etiraf etmişdir. Məhkəmə hesab edir ki, F.F.Əliyevin şikayət ərizəsində qeyd etdiyi xüsusatlar isə özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 50 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin Yol Patrul Xidmətinin xx xxxxx 2020-ci il tarixli İXP3213410 saylı inzibati xəta haqqında iş üzrə protokolu qanuni və əsaslı olduğundan F.F.Əliyevin verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri DYPİ-nin Yol Patrul Xidmətinin xx xxxxx 2020-ci il tarixli İXP3213410 saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında çıxarılan qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1109/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1109/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver