Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1109/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylət oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddələriilə MN seriyalı, ******* nömrəli, 19 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-yə məxsus müştərilərin qeydiyyatı və məlumatlarının idarə olunması üçün istifadə olunan informasiya sistemində (reg.pits.az) fərdi məlumatların mühafizəsinin təmin edilməmiş və həmin sistem dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, müəssisə tərəfindən fərdi məlumatların açıq formada yayılması halları aşkar edilmişdir və qanunvericiliyin tələblərinə uyğun protokol tərtib olunmuşdur. Bununla bağlı həmin faktları özündə əks etdirən DVD disk sübut qismində məhkəməyə təqdim edilmişdir. Müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, işin halları ilə bağlı Şəxs MMC-nin məsul əməkdaşları tərəfindən dövlət qurumuna şifahi şəkildə izahat verilmişdir. Təəssüf ki, mövcud vəziyyətlə bağlı reallıqları görmələrinə baxmayaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məsul şəxsləri kobud, saymazyana şəkildə rəfdar edərək qanunsuz şəkildə qeydiyyata aldıqları və hələ də bizə təqdim etmədikləri video materiala əsaslanaraq protokol tərtib etmişlər. İlk öncə əllərində olan, hələ də dövlət sirri kimi qoruduqları, onlara təqdim etmədikləri, o cümlədən məhkəməyə belə təqdim etmədikləri (məhkəmədə əyani şəkildə təqdim ediləcək dedikləri) materialı onlara təqdim etməli idilər. Həmin sübuta cavab olaraq onların fikirlərini dinləməli, məsələni ədalətli şəkildə və peşəkar səviyyədə araşdırmalı idilər. "PİTS X2 Services” MMC-nin fəaliyyəti ilə bağlı həmin quruma heç bir şikayət daxil olmamışdır və müştəriləri onların nə qədər peşəkar olduqlarının fərqindədir. Qurum tərəfindən Məhkəməyə ünvanlanan məktubda qeyd edilir ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən ölkədə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili və kiberhücumların qarşısının alınması məqsədilə internet informasiya ehtiyatlarının fəaliyyətinin monitorinqinin aparılması nəticəsində 18 fevral 2025-ci il tarixdə “PİTS X3 Services” MMC-yə məxsus müştərilərin qeydiyyatı və məlumatlarının idarə olunması üçün istifadə olunan informasiya sistemində zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müvafiq sistemdə təşkilatın xidmətlərindən istifadə edən fiziki şəxslərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Yəni demək istəyirlər ki, monitorinq apardığımız zaman təsadüfən informasiya sistemində boşluq aşkarlanıb və həmin boşluğun günahkarının Şəxs MMC şirkəti olduğu təsdiq olunmuşdur. Bu hadisədən sonra operativ şəkildə elə həmin günü Şəxs MMC-yə məktub yazılıb, emaillə məlumat göndərilib və tələsik şəkildə 19 fevral tarixində protokolun tərtib olunma prosesində iştirak edilməsi üçün saat 17.00-da Xidmətin inzibati binasına gəlməklə bağlı məlumat verilmişdir. Qanunvericilikdə hər zaman ağlabatan müddət anlayışından istifadə olunur. Necə olur ki, Xidmət 18 fevralda təsadüfən boşluq tapır, tez bir zamanda qərar verir, sabah iclas salır, guya ki araşdırma aparır, hər şeyi dəqiqləşdirir və tələsik qarşı tərəfi 19 fevral tarixinə görüşə çağırır ki protokolun tərtibində iştirak eləsin. Burada məqsəd nə olmuşdur. Əgər məqsəd həqiqətəndə mövcud olan boşluğu aradan qaldırmaq olsaydı Xidmətin əməkdaşları daha peşəkarcasına davranmalı, məsələni araşdırmalı, mövcud olan boşluqla həqiqətən də Şəxs MMC-nin əlaqəsi olduğunu dəqiqləşdirməli idilər. Hadisəni aşkar edən gün sabahına iclas təyin etmək və qarşı tərəfi email yazmaqla oraya gətirməyə çalışmaq bu məsələnin nə qədər qeyri peşəkar təşkil olunduğu və ədalətsiz şəkildə aparıldığının bariz nümunəsidir. Xidmətin məktubda qeyd etdiyi informasiya sistemi dedikləri req. pits.az saytının "PİTS X2 Services” MMC ilə heç bir əlaqəsi yoxdur. Həmin saytla bağlı məlumatları bu etiraza əlavə olaraq diqqətinizə çatdırıram. Həmin sayt tamamilə başqa fiziki şəxsə aiddir. Həmin saytın Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olduğu haqqında heç bir sübut və dəlil yoxdur. Bu cür olan halda Xidmət hansı əsasla bu cür tez bir zamanda qeyri-peşəkarcasına tələsik iclas təşkil edir və “PİTS X2 Services" MMC-nin cərimələnməsi ilə bağlı əsassız protokol tərtib edir?! Yuxarıda qeyd olunanları şifahi şəkildə qarşı tərəfə bildirsələr də məlumatları nəzərə almadılar, iş materiallarına da əlavə etmədilər. Bu haqsızlığı, qanunsuzluğu və özbaşınalığı gördükdə izahat verməkdən və vaxtımızın uyğun olub-olmadığını soruşmadan məcburi çağırdıqları görüşdən imtina etdik və ədalətli məhkəmədə izahat verəcəyimizi bildirdik. Mövcud vəziyyətlə və qeyd olunan mövzu ilə bağlı sənədlərin işin içinə qoyulmadığını gördük və bu səbəbdən əlavə edirik. Sənədlərdən də görünür ki, Şəxs MMC-nin öz üzərinə düşən vəzifə və öhdəlikləri lazımi səviyyədə yerinə yetirmiş, öz fəaliyyətini qanuni şəkildə həyata keçirmişdir. Şəxs MMC-nin öz üzərinə düşən vəzifə və öhdəlikləri vaxtında, qanuni və düzgün formada həyata keçirmişdir, Şəxs MMC-nin bu məsələdə təqsiri yoxdur. Qeyd olunanlar və təqdim edilən sənədlər bunun bariz sübutudur. Əlavə olaraq bildirmişdir ki, Şəxs MMC-nin öz fəaliyyətində hər zaman müasir standartlara əsaslanır və müştərilərinin məlumatları ilə bağlı məsələlərə daim həssas yanaşmaqdadır. Bunun nəticəsidir ki, hələ bir müştəri məlumat sızması ilə bağlı dövlət qurumuna şikayət etməmişdir. Bariz şəkildə görünür ki, İnzibati xəta haqqında işə baxılan zaman təməl normalara diqqət edilməmişdir. Mənim etirazımın əsasını da məhz Şəxs MMC ilə bağlı tərtib edilən protokolun hüquqi əsaslarının olmamasıdır. Aşağıdakı əsaslara görə tərtib edilən protokolun ləğv edilməlidir.
1. İXM-nin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Tərtib edilmiş protokoldan belə məlum olur ki, inzibati orqan tərəfindən inzibati xəta haqqında işin halları vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılmamışdır.
2. İşin hallarına nəzər yetirdikdə məlum olur ki, inzibati orqan təsadüfən qarşılaşdığı məlumat əsasında inzibati xəta haqqında işin başlanmasını və araşdırmanın aparılması qərarına gəlmişdir. Lakin inzibati xəta haqqında işin başlanmasını və araşdırmanın aparılmasını özündə ehtiva edən Qərardad mövcud deyildir, mənə və ya məhkəməyətəqdim olunmamışdır. Sonradan təqdim olunarsa belə ciddi şübhələr yaradacaqdır. İXM-nin 99.3-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1 -ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İXM-nin 99.4.3—cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edilir. Belə bir qərardaddan məlumatsız olmuşuq və bu qərardad bizə təqdim olunmamışdır. Belə bir qərardad qəbul edilmədiyi üçün Şəxs MMC barəsində tərtib edilmiş prtokolun qanunla nəzərdə tutulmuş müddət ərzində tərtib edilib- edilməməsi məsələsi öz aktuallığını qoruyur. Prosesin bu cür tələskənliklə aparılmasının səbəbi ələ də aydın deyildir.
3. Məhkəməyə ünvanlanan məktubda və protokolda Şəxs MMC ilə əlaqəsi olmayan bir informasiya sistemində boşluğun olduğu qeyd olunur. Bununla bağlı bir ekspert rəyi varmıdır? Əlbətdə ki xeyr. Olsaydı məhkəməyə təqdim edilərdi. Bu boşluğun hansısa bir əməkdaşın subyektiv fikrinə əsasən müəyyən edilmişdir, subyektiv qənaətinə əsasən əsaslandırmışdır. Xidmətin əməkdaşının subyektiv fikri və ya qənaəti məhkəmə üçün əsaslı sübut ola bilməz.
4. 19 fevral 2025-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında Protokolun aşağı hissəsində bu protokolun surətinin "PİTS X2 Services” MMC-nin ünvanınva 20 fevral 2025-ci il tarixli məktubla göndərildiyi qeyd olunmuşdur. Necə ola bilər ki, 19 fevral tarixində tərtib olunmuş protokolda 20 fevral 2025-ci il tarixli hələ baş verməmiş bir hadisə, fakt barəsində belə dəqiqlikdə bir məlumat əks olunur?! 19 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında X1 Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddələrinə əsasən tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən qurum isə əsaslandırılmamış, sübut olunmamış, lazımi sənədlər gözdən keçirilməmiş halda xəyali olaraq qənaətə gəldikləri qanun pozuntusunu sanki Şəxs MMC-nin bilərəkdən etdiyini və ya onun hər- hansı bir təqsiri üzündən baş verdiyini əsas gətirərək belə bir ağlabatmayan sənəd tərtib etmişlər. Dövlət qurumlarının əsas vəzifələrindən biri sahibkarlara maksimum dəstək göstərmək, ölkədə biznes mühitinin inkişafına töhvə vermədir. Təəssüf ki, əsassız, qanunsuz və şər, böhtan xarakterli sənədlər hazırlayan bu cür məmurlar sahibkarların işlərinə daima süni maneələr yaratmaqla şəxsi maraqlarını ön plana çəkirlər və bununla da ölkədə gedən islahatlara kölgə salırlar. Qeyd edilənləri nəzərə alaraq barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 375.0.1-ci və 375.0.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan MN seriyalı, ******* nömrəli, 19 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus müştərilərin qeydiyyatı və məlumatlarının idarə olunması üçün istifadə olunan informasiya sistemində (reg.pits.az) fərdi məlumatların mühafizəsinin təmin edilməmiş və həmin sistem dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin çıxarışından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1arında olan 18 fevral 2025-ci il tarixli 3-27-101/2-149/2025 nömrəli “inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak barədə” bildirişdən görünür ki, Şəxs MMC-nin nümayəndəsi 19 fevral 2025-ci il tarixdə saat 17:00-da inzibati xəta haqqında protokolun tərtibində iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin inzibati binasına dəvət edilmişdir. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli 3-27-101/2-158/2025 nömrəli “inzibati xəta haqqında protokolun təqdim edilməsi barədə” məktubdan görünür ki, 19 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-nin hüquqi ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş (inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş) fotoşəkilə və diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman MN seriyalı, ******* nömrəli, 19 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilən öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; İXM-nin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; İXM-nin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 375.0.1-ci maddəsinə əsasən "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 375.0.2-ci maddəsinə əsasən fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rəşad Cavadzadə