Məhkəmə qərarları › İş №3(004)-1111/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1111/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1111/2025 13.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhəri BPİ X11 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* nömrəli X8 qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 28 yanvar 2025-ci il tarixdə saat 13:42 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə üzü “Space” tv istiqamətinə “Hummer H2” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru tərəfindən qanunsuz olaraq saxlanılaraq barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. TP ******* nömrəli, 17 fevral 2025-ci il tarixli qərara əsasən 150 manat məbləğində cərimə edilmişdir. Yol Patrul Xidmətinin inspektoru ona qarşı qərəzli olaraq heç bir əsas olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) ilə protokol tərtib etmişdir. İdarə etdiyi “Hummer H2” markalı avtomobilin istehsalı 2008-ci ilin sonlarından dayandırılmışdır. Hazırda istehsal olunmur. Avtomobilin arxa hissəsində duman əleyhinə faranın yeri olduğundan, lakin fara quraşdırılmadığı üçün dumanlı hava şəraitini nəzərə alaraq arxadan gələn avtomobillərə pis hava şəraitində rahat görmələri üçün duman əleyhinə fara quraşdırmışdır. YPX-nin inspektoru avtomobildə “dumannı” (duman əleyhinə avadanlıq) quraşdırılmasını əsas gətirərək Aərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.3cü maddəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə protokol tərtib etmədən duracağa aparmışdır. Aərbaycan Respublikası İXM-nin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Bundan başqa, duracaqda avtomobilin məcburi saxlanılması üçün tələb olunan akt Aərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri pozularaq tərtib edilməmiş və aktın nüxsəsi ona təqdim edilməmişdir. Bundan başqa, YPX-nin inspektoru Aərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin tələblərini pozaraq X8 protokol tərtib etməmiş, avtomobilini duracaqda məcburi saxladıqdan sonra həmin yerdən getmişdir. X10 Nazirliyinin “102” xidməti - zəng mərkəzinə məlumat, şikayət etdikdən sonra YPX-nin inspektoru duracağa qayıtmış və ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli X8 qanunsuz və əsassız protokol tərtib etimişdir. Aərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X8 protokol tərtib edilir. Bildirmişdir ki, YPX-nin inspektoru qanunu tətbiq edən şəxs kimi qanunu pozaraq maddi hüquq normasını düzgün tətbiq etmədən qanunsuz protokol tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi - normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsini təsbit etmişdir. Maddənin mənasından başa düşülür ki, normativ tələblər pozularsa İXP protokolu tərtib edilə bilər. Duman əleyhinə faralar hər maşında olduğu üçün və eyni zamanda avtomobil təchizatına, istismarına xeyir gətirən konstruksiya dəyişikliyidir. Yəni hər hansısa vizual görünüş və ya avtomobil təchizatına xələl gətirən konstruksiya dəyişikliyi deyildir. Belə ki, normativ tələblərin pozulması avtomobilin rənginin dəyişdirilməsi, mühəttikinin dəyişdirilməsi və s. kimi ciddi konstruksiya dəyişiklikləri başa düşülür. Hesab edir ki, YPX inspektorunun protokolu və qərarı qanunsuzdur. Normativ tələbləti pozan hər hansısa bir qayda pozuntusuna yol verməmişdir. “X9” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən məhkəməyə şikayət etmək hüququ var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X8 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X8 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində X8 iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Yuxanda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 129 və 135-ci maddələrinin tələblərinə əsaslanaraq Bakı şəhər X11 İdarəsi tərəfindən barəsində tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 17 fevral 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Hummer H2” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsində yerləşən duman fənərlərini tormozdan istifadə edərkən yanması üçün əyləc sisteminə quraşdırılması AR İXM-nin 342.5-ci maddəsinə aid olduğundan barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və X8 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X11 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, “X9” qanunda qeyd olunur ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin həmin qanunun 73-cü maddəsinin İX bəndində qeyd edilmişdir ki, arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır. Bununla bağlı çoxsaylı məhkəmə qərarları mövcuddur. Göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu, odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X4 barəsində AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 17 fevral 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində, saat 13:42-də “HUMMER H2 MİNİK” markalı, 10VE007 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş video-görüntüyə baxış zamanı “HUMMER H2 MİNİK” markalı, 10VE007 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əyləcdən istifadə edərkən arxa duman fənərlərinin stop işiqlarına quraşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X8 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X8 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “X9” qanunun 73-cü maddəsinin V-İ bəndinə əsasən duman faralarından məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində faraların yaxın və uzaq işıqları ilə birlikdə; bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə istifadə oluna bilər. Həmin bəndin qeydində göstərilmişdir ki, duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində — faraların yaxın və uzaq işıqları ilə birlikdə. Həmin qanunun 73-cü maddəsinin Vİİ bəndinə əsasən qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. Həmçinin həmin qanunun 73-cü maddəsinin İX bəndinə əsasən arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stopsiqnallara qoşmaq qadağandır. Məhkəmə videogörüntünü, proses iştirakçilarının izahatlarını və digər sübutları müqayisəli tədqiq edərək “HUMMER H2 MİNİK” markalı, 10VE007 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tormozundan istifadə edilərkən arxa duman fənərlərinin stop işiqlarına quraşdırıldığı və bununla da X4 tərəfindən İXM-nin 342.2.2-ci maddəsinin tələbinin pozulması qənaətinə gəlir. X1 izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələbləri pozduğunu qeyd etməsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələbləri Xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə olduğundan, hazırki işdə əməlin faktiki halları AR İXM-nin 342.5-ci maddəsinin tərkib əlamətlərinə uyğun deyildir. Məhkəmə bu əlamətləri nəzərə alaraq X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar