Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1114/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X3 tərəfindən Bakı Nəqliyyat Agentliyinin (hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin) 30 oktyabr 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin) 30 oktyabr 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra 5 (beş) il müddətində icra edilmədiyinə görə ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 145-ci maddəsində qeyd olunur ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Təqdim edilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxış keçirilən zaman barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 inzibati orqana (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə) qərarın icrasına xitam verilməsi barədə müraciətini əks etdirən və inzibati orqanın buna hər hansı münasibətini ehitva edən sənəd aşkar edilməmişdir. Buna görə də qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X3 tərəfindən Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin) 30 oktyabr 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X2 qaytarılmalı və şikayətçiyə ilk növbədə Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin) 30 oktyabr 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilməsi barədə qərarı qəbul etmiş inzibati orqana müraciət etməli olması izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən işin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən QƏRARA ALDİM: X3 tərəfindən Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin) 30 oktyabr 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi ilə bağlı verilmiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər X2 qaytarılsın. X2 Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin) 30 oktyabr 2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsi barədə qərarı qəbul etmiş inzibati orqana müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1114/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1114/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver