Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1118/2025 03.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1, X2 BNA-nın 06 may 2020-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, BNA-nın 06 may 2020-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər isə icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar 03 iyun 2020-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materiallara BNA-nın 06 may 2020-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmiş, nə də buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 06 may 2020-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 BNA-nın 06 may 2020-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-1118/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1118/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver