Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-112/2022 18.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X5 onun barəsində İXM-nin 157-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş protokol əsasında qəbul etdiyi MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılmış, onu dəvət etmədən, ona bildiriş göndərmədən onun gəlməməyini bildirmişlər. Eyni zamanda 08 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş, onun barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməsi ilə bağlı sahə inspektorlarına göndərilmişdir. Sahə inspektoru da onu çağırmadan barəsində MN №1027762 protokol tərtib etmiş və onu dəvət etmədən protokolu tərtib edərkən onun izahatını almadan inzibati xəta haqqında qanunsuz icraat aparılmışdır. Bildirmişdir ki, protokol tərtib edilərkən o, heç bir orqana dəvət edilməmişdir. Buna baxmayaraq protokolda göstərilir ki, guya o, imza etməkdən imtina etmişdir. Onu rəsmi qaydada dəvət etməmişdir. Bu barədə hər hansı bir məlumat yoxdur. İnzibati Protokol olsa da protokol əsasında qəbul edilmiş qərar ona təqdim edilmir. Ümumiyyətlə tərtib edib-etmədiyi ona məlum deyildir. Odur ki, o, protokolu mübahisələndirməlidir və bununla bağlı qəbul olunmuş qərar da mübahisələndirir. Protokol və qərarla bağlı qeyd etmişdir ki, ümumiyyətlə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda onun hər hansı bir inzibati xətanı törətməyi sübut olunmur. Onun tərəfindən X3 hər hansı bir xəsarət yetirməyi, ümumiyyətlə xəsarətin onun tərəfındən yetirilməyini sübut edən hər hansı bir sübut yoxdur. Hər hansı bir şahid ifadələri alınmamışdır. Ümumiyyətlə o, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirməmişdir. Ekspert rəyində göstərilən xəsarətlərin ona hər hansı bir aidiyyəti yoxdur. AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmağı qanunla müəyyən olunmuş qaydada mümkün olmadığı üçün inzibati məsuliyyyətə cəlb oluna bilməz. İş natamamlıqların aradan qaldırılması üçün yenidən araşdırılmalı və müvafiq qərar qəbul edilməlidir. Buna görə də Yasamal RPİ-nin sahə inspektoru tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 30 noyabr 2021-ci il tarixli protokol ləğv edilməli və həmin protokol əsasında tərib olunmuş qərar ləğv edilməlidir. Bildirmişdir ki, 30 noyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol barəsində 02 dekabr 2021-ci il tarixdə elektron sistemdən məlumatı olmuşdur. Nə qərar, nə də ki protokolun surəti ona təqdim olunmamışdır. O, 02 dekabr 2021-ci il tarixdə dərhal Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə qərarın surətini almaq üçün müraciət etmişdir. Lakin bu günə kimi ona məlumat verilməmişdir. xx.xx.2021-ci il tarixdə də rəsmi qaydada məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən sorğu göndərilərək MN seriyalı ******* saylı, 30 noyabr 2021-ci il tarixli protokol və həmin protokol əsasında qəbul olunmuş qərar əldə oluna bilər. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şikayətçi məhkəmə iclasında şikayətini müdafiə edərək həmçinin bildirdi ki, hazırkı şikayətə əvvəllər iki dəfə Yasamal Rayon Məhkəməsində baxılmış və qərar ləğv edilərək, təqsiri olmadığı üçün işə xitam verilmişdir. Lakin həmin qərarlar Bakı Apellyasiya Məhkəmə tərəfindən ləğv edilərək yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Qərarlarda da göstərilir ki, onun barəsində qəbul edilmiş cərimə qərarı 28-ci polis bölməsinin təhqiqatçısının cinayət işinin rədd edilməsi barədə qərarı əsasında çıxarılmışdır. Hazırda həmin qərardan şikayət venrmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 28-ci PB-nin təhqiqatçısının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Ona görə də artıq MN ******* saylı, xx.xx.2021-ci il tarixli cərimə qərarı ba əsassız hesab edilməlidir. Bu səbəbdən də həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, onların Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 28-ci PB-nin təhqiqatçısının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsindən xəbərləri yoxdur. Şikayətin uzun müddət davam etməsini, şikayətin əsassız olmasını bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş protokol əsasında MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Ş.Məmmədli xx.xx.2021ci il tarixdə iş yoldaşı Zərərçəkmiş şəxs işlədiyi AMEA-da təhqir etmiş, sinə nahiyyəsindən itələmiş, onun sağ əlinə xəsarət yetirdiyinə görə X5 İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 350 manat cərimə edilmişdir. Həmin protokol və qərar Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Faiq Süleymanovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı əsasında tərtib edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Faiq Süleymanovun xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən X5 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protoolk tərtib edilməsi və münaqişəli tərəf kimi qeydiyyata alınaraq gələcəkdə baş verə biləəcək inzibati və cinayət hadiləsəlirin qarşısının alınması məqsədilə aidiyyəti sahə inspektoruna həvalə edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 3401/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərardadı ilə X2 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli protokol əsasında qəbul olunmuş qərarından verdiyi şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-112/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, X2 barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, X2 barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 112/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-112/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, X2 barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2185/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, X2 şikayətinin təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-112/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra X5 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin təhqiqatçısı Faiq Süleymanov tərəfindən qəbul edilmiş X2 müraciəti əsasında HK-2230 nömrəli material üzrə xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Həmin şikayətə baxılaraq iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 6(004)- 112/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin təhqiqatçısı Faiq Süleymanov tərəfindən qəbul edilmiş X2 müraciəti əsasında HK-2230 nömrəli material üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarı qanunsuz hesab olunaraq ləğv edilmiş və qərarda göstərilənlər nəzərə alınaraq cinayət işi üzrə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə əlavə araşdırma aparılması qərara alınmışdır. Beləliklə, iş üzrə görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir, özünü təqsirli bilməmişdir. Həmin protokol və qərar Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Faiq Süleymanovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı əsasında tərtib edilmişdir. Şəxsin inzibati tənbehvermə qərarındakı əməli törədibtörətməməsinə qiymət həmin qərarda verilmişdir. Lakin qeyd edilən həmin qərar ləğv edilmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Çünki İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. İXM-nin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Belə vəziyyətdə inzibati tənbehvermə qərarının əsasında duran “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” ləğv edilmişdirsə, həmin inzibati tənbeh qərarı qəbul edilənədək toplanılmış sübut mövcud olmur. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Sadalananlara əsasən inzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin şikayətin inzibati xətanın törədilib-törədilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Bu səbəbdən də iş üzrə baş vermiş hadisəsində inzibati xəta tərkibinin olubolmaması, təqsirin müəyyən edilməsi, bununla da iş üzrə əhəmiyyət kəsb edən sübutın səlahiyyətli orqan tərəfindən toplanılması üçün, qərar ləğv edilməli və həmin inzibati xəta haqqında işə qeyd edilən sübutlar toplanılmaqla səlahiyyətli orqanda yenidən baxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində İXM-nin 157-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş protokol əsasında qəbul etdiyi MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rolis İdarəsi 28-ci Polis Bölməsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-112/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-112/2022
18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver