Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1123/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 8 ünvanında yerləşən “xxxxx” Müstəqil Televiziya və Radio Şirkəti MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 383.2-ci maddəsi ilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən “xxxxx” Müstəqil Televiziya və Radio Şirkəti MMC barəsində İXM-in 383.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində yayımlanan “Şahidlər susmalıdır” (“xxxxxxxx” filmi) bədii filminin müəlliflik hüququ başqa yayımçıda olan şirkətin rəsmi razılığı olmadan yayımlanmışdır. Həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004) – 1123/2020 saylı qərarı ilə “xxxxx” Müstəqil Televiziya və Radio Şirkəti MMC İXMnin 383.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Lakin qərardan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş şikayətə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1113/2020 saylı qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün rayon məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, müəyyən sənədlərin iş materiallarında olması və həmin sənədlərlə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir araşdırma aparılmamış və nəticəsindən asılı olaraq həmin sənədlərə müvafiq hüquqi qiymət verilməmiş, formal işə baxılmaqla qərar çıxarılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin qərarında müəyyən edilmişdir ki, “Şahidlər susmalıdır” (“xxxxxxxx” filmi) filmi İctimai Televiziya və X3 mülkiyyətindədir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X1 bildirdi ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən “xxxxx” Müstəqil Televiziya və Radio Şirkəti MMC-də xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində yayımlanan “Şahidlər susdurulmalıdır” (“Şahidlər susmalıdır”, “xxxxxxxx” filmi) bədii Bakı Apellyasiya Məhkəməsinin qərarından da göründüyü kimi İctimai Televiziya və X3 mülkiyyətindədir. X5 və X3 müəlliflik hüququ başqa yayımçıda olan şirkətin rəsmi razılığı olmadan həmin film “xxxxx” telekanalında yayımlanmışdır. Ona görə də inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Şəxsbildirdi ki, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən hüquqi şəxsin təqsirli bilindiyiİXM-in 383.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi xx.xx.2020-ci il tarix olmuşdur. Belə olduğu təqdirdə xx.xx.2020-ci il tarixdən hesablanmaqla artıq hazırkı vaxtda 03 aydan çox müddət keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır.İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxxx” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 383.2-ci maddəsi iləbaşlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1123/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1123/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver